Elvin Basqallının qızının ölüm səbəbi açıqlandı..."Əlimdən heç nə gəlmədi"
15 Mart 2018 15:26 Sosial"Space" TV-nin "Xəbərlər" proqramının aparıcısı Elvin Basqallıya ağır itki üz verib.
Yenicag.az-a açıqlama verən aparıcı gözyaşlarına hakim ola bilməyib: "Qızım doğulandan dava-dərmanla yaşayırdı. Elə bilirdik ürəyi xəstədir. Sən demə, ciyərində problem varmış. Ciyərində yüngül əməliyyat olundu, amma narkozdan ayılmadı. Boğazından daxil olub, ciyərini təmizləməliydilər. Ürəyi tab gətirmədi. Bir ata kimi danışmaq çox ağırdır. Onu xilas edə bilmədim". Qeyd edək ki, aparıcının 3 övladı - iki oğlu və bir qızı vardı. Allah rəhmət eləsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31