İrəvanın STATİSTİKA RÜSVAYÇILIĞI və işğalçı ölkə turistlərin GÖZÜ İLƏ
Rəsmi məlumatlara görə, Ermənistanda son 7 ildə işsizlərin sayı 67 min azalıb. Amma bu azalma heç də yeni iş yerlərinin artırılması hesabına baş verməyib. Rəsmi şəxslər bunu işsizlərin sayının azalmasını müsbət dinamika kimi qiymətləndirsələr də, ekspertlər bu fikirdə deyil.
15 Mart 2018 15:15 DünyaRəsmi məlumatlara görə, Ermənistanda son 7 ildə işsizlərin sayı 67 min azalıb. Amma bu azalma heç də yeni iş yerlərinin artırılması hesabına baş verməyib. Rəsmi şəxslər bunu işsizlərin sayının azalmasını müsbət dinamika kimi qiymətləndirsələr də, ekspertlər bu fikirdə deyil. Monitorinq, Proqnozlaşdırma və Məşğulluq üzrə Dövlət Agentliyinin əmək bazarının qiymətləndirilməsi şöbəsinin müdiri Asmik Tadevosyanın sözlərinə görə, işsizlərin sayı müxtəlif şəraitlərlə əlaqədar azalıb. O bildirib ki, iş tapmağa müvəffəq olmayan vətəndaşlar ya müvəqqəti qazanc üçün xarici ölkələrə gedirlər, ya da həmişəlik mühacirət etməyə üstünlük verirlər. Beləliklə, kütləvi köçün hesabına hakimiyyəti razı salan statistik məlumatlar ortaya çıxır. Ermənistanda işsizlərin böyük əksəriyyəti qadınlardır. Məşğulluq üzrə Dövlət Agentliyi bildirir ki, 1 yanvar 2018-ci il tarixinə olan vəziyyətə görə, qadınlar bütün ölkədə işsizlərin 66,7 faizini təşkil edirlər. Asmik Tadevosyanın sözlərinə görə, Ermənistanda həmişə işsiz qadınlar kişilərdən daha çox olub. O həmçinin hesab edir ki, kişilər dostlar və tanışlar vasitəsilə işi müstəqil axtarırlar, uğursuzluq halında isə xaricə qazanc dalınca gedirlər. Ermənistanda işsizliyin yüksək səviyyəsi və iş yerlərinin kifayət qədər olmaması insanların alıcılıq qabiliyyətinə də ciddi təsir göstərir. Bunu Ermənistan paytaxtına səfər edən xarici turistlərin təəssüratlarında da görmək olar. Onların bir çoxu öz bloqlarında yazırlar ki, paytaxt İrəvanın ticarət mərkəzləri, yarmarkaları və bazarları müştəri sarıdan ciddi korluq çəkirlər. İndi yarmarkalar, ticarət mərkəzləri və bazarlarda ticarət edən tacirlər təhlükə siqnalı verirlər.
"Ermənistan Yarmarkası" ictimai təşkilatının sədri Qaqik Danielyan jurnalistlərlə görüşdə şikayətlənib ki, Ermənistanda yarmarkalar hətta bayramlarda boş qalır. Onun sözlərinə görə, satıcılar bayramlarda yarmarka və bazarlarda izdihamın olacağına ümid etsələr də, bu gözləntilər özünü doğrultmur.
"Ermənistanda yarmarkaların dövriyyəsinin azalması ilk növbədə emiqrasiya tempinin yüksək olması nəticəsində alıcı bazasının ixtisarı ilə bağlıdır. Digər tərəfdən, yarmarkalarda satıcılar inflyasiyaya görə qiymətləri yüksəltməyə məcbur olurlar. Vəziyyət həmçinin ona görə ağırlaşıb ki, mülayim qış mövsümü geyimlərin satışlarına mənfi təsir edib. Faktiki olaraq qış mövsümünün 70 faiz malı satıcıların əllərində qalıb. Yeni məhsul əldə etmək üçün onlar kredit almağa məcbur olacaqlar", - Qaqik Danielyan əlavə edib. Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir.