Mənzil İnşaatı Dövlət Agentliyində gənclər təşkilatları üçün görüş keçirilib

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. “OLAYLAR” xəbər verir ki, gənclər təşkilatlarının fəalları üçün təşkil olunmuş məlumat turunun əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının mənzil təminatı üzrə yeni sosial təşəbbüsünün reallaşdırılması prosesi ilə gəncləri yaxından tanış etmək və ölkədə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində gənclər təşkilatlarının inkişafına töhfə verməkdir.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. "OLAYLAR" xəbər verir ki, gənclər təşkilatlarının fəalları üçün təşkil olunmuş məlumat turunun əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının mənzil təminatı üzrə yeni sosial təşəbbüsünün reallaşdırılması prosesi ilə gəncləri yaxından tanış etmək və ölkədə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində gənclər təşkilatlarının inkişafına töhfə verməkdir.

Görüş iştirakçılarına salamlama nitqi ilə müraciət edən Mənzil İnşaatı Dövlət Agentliyinin aparatının rəhbəri Anar Quliyev qurumun institusional quruculuğunun qısa tarixçəsi, ötən müddət ərzində reallaşdırılan əsas layihələr və gələcək fəaliyyətinin strateji hədəfləri barədə ümumi məlumat verdi. Daha sonra, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva çıxış edərək ölkə gəncləri üçün dövlət qurumlarında məlumat turlarının təşkili təşəbbüsünü yüksək qiymətləndirdi və Agentlikdə keçirilən bu görüşün gənclərin maarifləndirilməsində xüsusi əhəmiyyətini vurğuladı.

Tədbir çərçivəsində Mənzil İnşaatı Dövlət Agentliyinin müxtəlif şöbələrinin əməkdaşları təqdimatlarla çıxış edərək Agentliyin strukturu və fəaliyyət istiqamətləri, ölkədə uyğun qiymətə mənzil təminatı sahəsində görülən genişmiqyaslı işlər, hazırda reallaşdırılan tikinti layihələri, inşa olunan yaşayış komplekslərinin şəhərsalma və memarlıq xüsusiyyətləri, habelə gələcək sakinlərinin rahat və sağlam yaşayışı üçün yaradılan infrastruktur barədə ətraflı məlumat veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31