Ərdoğan: "İşimiz bitməyincə Afrindən çıxmayacağıq"

Avropa Parlamenti bu gün Türkiyəni Afrin əməliyyatını dayandırmağa çağıran qətnamə layihəsini səsverməyə çıxaracaq.  Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan AP-nin bu addımını sərt tənqid edib.

Ərdoğan Avropa Parlamentinə: "İşimiz qurtarmadıqca Afrindən çıxmayacağıq"

Avropa Parlamenti bu gün Türkiyəni Afrin əməliyyatını dayandırmağa çağıran qətnamə layihəsini səsverməyə çıxaracaq.  Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan AP-nin bu addımını sərt tənqid edib. "Boşuna həvəslənməsinlər, işimiz bitməyincə Afrindən çıxmayacağıq. Bunu bilin. Türkiyə heç kəsin oyuncağı deyil", - deyə o, söyləyib. Türkiyədə 3,5 milyon suriyalının yaşadığını xatırladan R. T. Ərdoğan bildirib ki, bu sözlər Türkiyənin bir qulağından girib digərindən çıxır: "Avropa Parlamenti bizdən hansı yükü alıb ki, bizə bunları deyir".  Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik isə AP-nin bu addımını uğursuz və cahil qərar adlandırıb. APA.az NTV-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31