Şəmkir-Gədəbəy yolunda avtomobil aşıb, xəsarət alan var
Şəmkir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Məlumata görə, Şəmkir-Gədəbəy avtomobil yolunun “Yasamal aşırımı” adlanan hissəsində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb.
15 Mart 2018 18:53 SosialŞəmkir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Məlumata görə, Şəmkir-Gədəbəy avtomobil yolunun "Yasamal aşırımı" adlanan hissəsində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, qəzaya Sürücünün sərxoş halda avtomobili idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31