12 minə yaxın uşaq I sinfə qəbulu üçün müraciət edib
Abşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində bu il birinci sinfə gedəcək 12 minə yaxın uşaq məktəbə qəbul üçün artıq qeydiyyatdan keçib. Təhsil Nazirliyindən verilən məlumata görə, adları qeyd edilən ərazilərdə 17 873 uşaq bu il 1-ci sinfə gedəcək.
15 Mart 2018 19:06 SosialAbşeron rayonu, Gəncə və Sumqayıt şəhərlərində bu il birinci sinfə gedəcək 12 minə yaxın uşaq məktəbə qəbul üçün artıq qeydiyyatdan keçib. Təhsil Nazirliyindən verilən məlumata görə, adları qeyd edilən ərazilərdə 17 873 uşaq bu il 1-ci sinfə gedəcək.
Bu il ilk dəfə olaraq, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə ümumi təhsil məktəblərinə I sinfə şagird qəbulu üçün elektron sistem tətbiq edilir. Elektron sənəd qəbuluna martın 12-dən başlanılıb. Uşaqların I sinfə qəbulu üçün www.mektebeqebul.edu.az saytına daxil olmaqla qeydiyyatdan keçmək lazımdır. Trend.az