"Xınaların şahzadəsiyəm, məndən öyrənsinlər" - Fatma Mahmudova

Xalq artisti Fatma Mahmudova xına mərasiminə gedən məşhurlardan gileylənib. Aktrisa "Səhər-səhər" verilişində onları qeyri-peşəkar adlandırıb.  F.Mahmudova ən yaxşı xına aparanın özü olduğunu söyləyib:

Xalq artisti Fatma Mahmudova xına mərasiminə gedən məşhurlardan gileylənib. Aktrisa "Səhər-səhər" verilişində onları qeyri-peşəkar adlandırıb. 

F.Mahmudova ən yaxşı xına aparanın özü olduğunu söyləyib:

"Xina mərasimlərinə qoysalar, gedərəm. Bir sıra kənardan çıxanlar qoymurlar. 5-10 nəfər bilir xına mərasimi nədir. Əvvəl bazarda qatıqsatan arvadlar var idi, içəri girəndə başlayırdılar reklam edirdilər. Çaşıb qalırdın ki, kimdən alım? İndi xına mərasimləri də elədir. 

Qeyri-peşəkarlar düşüb ortaya. İmkan verin, mən də işləyim, bunun biləni mənəm. Valideynlər fikirləşmir ki, övladımın xınasını kim aparır? Bu gün mən xına mərasimlərinin şahzadəsiyəm. Gəlsinlər, məndən öyrənsinlər". Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31