Hərbi prokuror silahlılar tərəfindən oğurlandı
Liviyanın hərbi prokuroru general-mayor Məsud Arhuma naməlum silahlı şəxslər tərəfindən oğurlanıb. Bu barədə yerli “Al Wasat” nəşrinə generalın oğlu Fadıl Arhuma bildirib.
16 Mart 2018 09:54 DünyaLiviyanın hərbi prokuroru general-mayor Məsud Arhuma naməlum silahlı şəxslər tərəfindən oğurlanıb.
Bu barədə yerli "Al Wasat" nəşrinə generalın oğlu Fadıl Arhuma bildirib.
Onun sözlərinə görə, silahlılar prokurorun sürücüsü və mühafizəçisini də saxlayaraq naməlum istiqamətdə aparıblar. Fadıl Arhuma qeyd edib ki, silahlılar onun atasını Tripolinin Səlahəddin rayonundakı evinin yaxınlığında saxlayıblar. Silahlıların 3 avtomobildə hərəkət etdiyi bildirilir. (apa)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31