Gündəm
“Bu, İran-Azərbaycan münasibətləri tarixində ilkdir”
“İran prezidenti Həsən Ruhani Bakıya siyasi məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etməyə gəlməyib. İranın bu istiqamətdəki mövqeyində dəyişiklik yoxdur. Bakıda əsas müzakirə mövzusu şimal-cənub nəqliyyat xətti və Astara-Rəşt dəmiryolunun tikintisi üçün Azərbaycanın İrana ayıracağı 500 milyon dollar krediti rəsmiləşdirməkdir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
Sevil Sevinc bacıları: " Natavan özündən razı, Damla isə paxıldır"
Sevil və Sevinc Səfərova bacıları verilişlərin birində qonaq olublar. Məlumata görə, əkizlər həmlarları haqda qalmaqala səbəb olacaq açıqlamalar verib. Belə ki, onlar həmkarlarının mənfi cəhətlərindən danışıblar.
Bitcoin alğı - satqısı ilə məşğul olan iki imam vəzifədən azad edildi
Türkiyənin Zonquldaq şəhərində virtual pul vahidi olan "bitcoin" alqı-satqısı ilə məşğul olma səbəbiylə şikayət edilən iki imam, haqqlarında açılan istintaqdan sonra vəzifədən azad edilib.
Elçin Mirzəbəyli: “Soyqırımı günahkarlarını məhkəməyə cəlb edə bilərik”
“Ümumiyyətlə nəzərə almaq lazımdır ki, erməni diasporu dünyanın müxtəlif ölkələrinə səpələnib”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Beyin gücü və yaddaşınızı artırmaq istəyirsiniz?
İnsan beyni ən çətin və kifayət qədər tədqiq olunmayan orqandır. Bəzi elm adamları insan beyninin sonsuz sayda məlumatları özündə arxivləyə biləcəyini iddia edir. Bəs beynimizi, yaddaşımızı necə gücləndirə bilərik?
Əmək Nazirliyində fikir mübadiləsi aparılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa Sosial Xartiyası departamentinin müdiri, Sosial Hüquqlar üzrə Avropa Komitəsinin icraçı katibi Reji Briya ilə görüş olub. Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes də iştirak edib.
“Seçkilərdən sonra böyük stimulla AXC-nin 100 illiyini qeyd edəcəyik"
“Azərbaycan şərqdə və müsəlman dünyasında Cümhuriyyət elan etmiş ilk respublika, dövlət kimi dünya tarixinə düşüb. Bunu bizim babalarımız və Azərbaycan xalqının o dövrdə yaşayan dəyərli ziyalıları, millət ataları ediblər. Çox təəssüflər olsun ki, həmin dövrdəki hərbi, siyasi və iqtisadi şərait I Dünya müharibəsindən sonra dünya güclərinin təmərküzləşməsi, o cümlədən Rusiyadakı inqilablar bizim müstəqil Cümhuriyyətin ömrünün uzun olmasına imkan vermədi”. Bunu millət vəkili Musa Quliyev deyib.
“Baş ağrılarının əsas səbəbi gərginlik, stressdir”
Bunu nevropotoloq İradə Məşədiyeva deyib. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Təşkilatının müraciəti ilə Səhiyyə Nazirliyi institutda müayinə aksiyası təşkil edib. Bu gün onlarla müəllim müxtəlif xəstəliklər üzrə müayinə olunub.
Kemerovoda yanan ticarət mərkəzinin rəhbəri həbs edildi
Kemerovo vilayət məhkəməsi "Zimnyaya vişnya" ticarət mərkəzindəki yanğınla bağlı mərkəzin rəhbəri Nadejda Suddenokun həbs edilməsi barədə qərar çıxarıb. Məlumata görə, o, məhkəmə zalından həbs olunub. Məlumata görə, qərarla N.Suddenok 1 ay 29 gün müddətinə, yəni mayın 25-ə qədər həbsdə olacaq.
Daha bir ölkə anti-Rusiya ittifaqına qoşuldu
Slovakiya konsultasiyalar üçün Rusiyadakı səfirini geri çağırır. Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Miroslav Layçak jurnalistlərə bildirib. Layçakın sözlərinə görə, Slovakiya 20 il ərzində ilk dəfə diplomatik missiyanın rəhbərini Rusiyadan çağırır. Bu, “Skripal işi” üzrə Londonun Moskvanın ünvanına səsləndirdiyi ittihamlarla bağlıdır.
Məşhur “H&M” müflis olmağın astanasında
İsveçin məşhur “H&M” mağazalar şəbəkəsi 2018-ci ilin birinci rübündə gəlirlərinin 44 faiz azaldığını bildirib. Məlumata görə, bu göstərici şirkətin son 20 il ərzində ən aşağı göstəricisi olub. Ötən ilin sonunda şirkətin anbarlarında 4 milyard dollardan çox məbləğdə satılmayan mal qalıb.
Regional proqramlar Aran zonasında pambıqçılığın inkişafına təkan verib
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında qarşıya qoyulan bütün vəzifə və tapşırıqlar yerlərdə uğurla icra edilməkdədir. Bunu sözügedən poqramların icrası çərçivəsində bölgələrdə görülən işlər, həyata keçirilən tədbirlər və əldə edilən nəticələr də təsdiqləyir. Ümumiyyətlə, regionla proqramların icrası respublikanın, xüsusilə də regionların simasını əsaslı dərəcədə dəyişib desək yanılmarıq. Bu gün ölkənin şimalından tutmuş cənubuna, qərbindən tutmuş şərqinə qədər bütün bölgələrdə bunun əyani şahidinə çevrilirik.
Belarusda da matəm günü elan edildi
Rusiya ilə həmrəylik nümunəsi olaraq, Belarusda da bu gün – martın 28-i matəm günü elan olunub. Bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko fərman imzalayıb.
Hadı Rəcəbli Azərbaycanda sosial şəbəkələri bağlamağa çağırır
Milli Məclisin deputatı Hadı Rəcəbli Azərbaycanda sosial şəbəkələri bağlamağa çağırıb. Deputat yerli KİV-lərə açıqlamasında bunu son vaxtlar sosial şəbəkələr üzərindən Azərbaycan əleyhinə aparılan kampaniya ilə əsaslandırıb.














