Bitcoin alğı - satqısı ilə məşğul olan iki imam vəzifədən azad edildi
Türkiyənin Zonquldaq şəhərində virtual pul vahidi olan "bitcoin" alqı-satqısı ilə məşğul olma səbəbiylə şikayət edilən iki imam, haqqlarında açılan istintaqdan sonra vəzifədən azad edilib.
28 Mart 2018 16:52 DünyaTürkiyənin Zonquldaq şəhərində virtual pul vahidi olan "bitcoin" alğı-satqısı ilə məşğul olma səbəbiylə şikayət edilən iki imam, haqqlarında açılan istintaqdan sonra vəzifədən azad edilib.
DHA - da yer alan xəbərə görə, Zonquldaq Mithatpaşa məhəlləsində olan Əziziyə məscidi İmam Hatibi Mecit K. və Dereköy məscidi İmam Hatibi Satılmış B. haqqında bitcoin alğı - satğısı səbəbindən ilk öncə şikayət edilib. İstintaq bitdikdən sonra isə hər ikisi vəzifədən azad edilib.
Bu hadisə Türkiyədə sosial şəbəkələrdə də marağa səbəb olub. İstifadəçilər "Bitcoinlə imanın kimdə olduğunu tapa bilmərsiniz" , "Bankdan faizlə kredit götürən imamlarıda vəzifədən azad edirsinizmi? " , kimi maraqlı tweetlər atıblar.