Konstitusiyamız Azərbaycan dilinə dövlət dili statusunu verdi- ÖZƏL
16:43 Siyasət"1995-ci noyabrın 12-də qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyası hesab olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il qəbul olunub. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya isə SSRİ Konstitusiyasına uyğunlaşdırılıb". "Olaylar" xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib: "Reallıq odur ki, 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Ona görə də Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Hətta 1978-ci ildə yeni Konstitusiya layihəsi hazırlanarkən bununla bağlı Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyev çox vacib təklif irəli sürüb. Həmin təkliflə 73-cü maddə ilə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dili olaraq təsbit olunub. Bununla da 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR-in sonuncu Konstitusiyasında Azərbaycan dili ilə bağlı müddəa öz əksini tapıb. Sözsüz ki, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri idi. Həmin Konstitusiya isə Azərbaycanın müstəqillik dövründə qəbul edilən Konstitusiyasına yəni, 1995-ci ilə qədər qüvvədə olub".
Deputat qeyd edib ki, müstəqil dövlətin yeni Konstitusiyası Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük tarixi xidmətlərindən biri idi: "Çünki məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiya Layihəsi hazırlanıb. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyanın qəbul edilməsi ilə bağlı referendum keçirilib. Xalqımızın birmənalı dəstəyi ilə qəbul edilən Konstitusiyası Dövlətin Əsas Qanunu kimi 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Məhz ilk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir".