Gündəm

Bayram günlərində daha çox nədən zəhərləniblər?

28 Mart 2018 17:40

Novruz bayramı günlərində Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə edilən əsas müraciətlər dəm qazından zəhərlənmə ilə bağlı olub. Bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Azərbaycan və İran prezidentlərinin təkbətək görüşü olub

28 Mart 2018 17:32

Martın 28-də Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

İran prezidentinin rəsmi qarşılanma mərasimi olub

28 Mart 2018 17:31

Azərbaycanda rəsmi səfərə gələn İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub. Məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

12 milyon manatlıq dələduzluqda təqsirləndirilən iş adamına 9 illik həbs cəzası verilib

28 Mart 2018 17:30

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Səhiyyə Nazirliyi: "Vərəm infeksiyası ilə əlaqədar epidemioloji vəziyyət stabildir"

28 Mart 2018 17:28

Azərbaycanda vərəm infeksiyası ilə əlaqədar epidemioloji vəziyyət stabildir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2017-ci ildə vərəmlə xəstələnmə halları hər 100 000 əhaliyə 39.8 təşkil edib.

Naftalanda güllələnən qadın kimdir? - Cinayət işi açıldı

28 Mart 2018 17:26

Naftalan şəhəri ərazisində güllələnən qadının kimliyi məlum olub. Goranboy rayon Prokurorluğundan verilən məlumata görə, hadisə şəhər ərazisindəki sanatoriyada baş verib.

“Qayınatamı yola gətirməsəm, məni biabır edəcək” - Naibə

28 Mart 2018 17:22

Əməkdar artist Naibə Allahverdiyeva həyat yoldaşının keçmiş xanımı haqda danışıb.  “APA TV”-nin “Show time” verilişinə qonaq olan N.Allahverdiyeva bildirib ki, həyat yoldaşının keçmiş xanımı onu şərləyib: “Məndən şikayətçi deyil. Sadəcə, o, böhtan xarakterli bir yazını mənim ünvanıma yazdırdı.

Toy gecəsi xilas edilən "gəlin": Burada onun qadağan olduğunu bilmirdik - VİDEO

28 Mart 2018 17:12

Türkiyənin Mardin şəhərində 14 yaşlı suriyalı qız zorla ərə verildiyi üçün toy gecəsi polisin təşkil etdiyi əməliyyat sonrası dövlətin himayəsinə verilib. 14 yaşlı D.K. və ailəsi ilk dəfə bu barədə açıqlama veriblər.

Azərbaycanın axtarışa verdiyi şəxs Gürcüstanda tutuldu

28 Mart 2018 17:10

Azərbaycanda axtarışda olan şəxs xarici ölkədə tutulub. "İnterpol" xətti ilə axtarışda olan 1993-cü il təvəllüdlü Əlabbas Qurbanov Gürcüstanda saxlanılıb. O, Azərbaycana ekstradisiya ediləcək.

Rusların Gümrüyə hərbi polis göndərməsi erməniləri xoflandırdı

28 Mart 2018 17:08

Rusiya marıtn 26-da Ermənistanın Gümrü bölgəsində yerləşən 102-ci hərbi bazasına hərbi polis dəstəsini və İrəvan şəhərinə xüsusi qarnizon göndəriləcəyini açıqlayıb. Elan olunduğu üzrə bu dəstələr hərbi hissələrdəki nizam-intizamın qorunmasını təmin etməlidirlər.

İtaliyada limanda partlayış

28 Mart 2018 17:02

İtaliyanın Livorno şəhərindəki limanda partlayış baş verib. Məlumata görə, hadisə nəticəsində bir neçə fəhlə xəsarət alıb.

Azərbaycanın birinci vitse-prezidenti İran prezidentinin müavini ilə görüşüb

28 Mart 2018 17:00

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva martın 28-də İran İslam Respublikası prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar ilə görüşüb.

Mehriban Əliyeva Rusiya səfirliyində matəm kitabına ürək sözlərini yazıb

28 Mart 2018 16:59

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində olub. Məlumata görə, M. Əliyeva Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.