Naftalanda güllələnən qadın kimdir? - Cinayət işi açıldı

Naftalan şəhəri ərazisində güllələnən qadının kimliyi məlum olub. Goranboy rayon Prokurorluğundan verilən məlumata görə, hadisə şəhər ərazisindəki sanatoriyada baş verib.

Naftalan şəhəri ərazisində güllələnən qadının kimliyi məlum olub. Goranboy rayon Prokurorluğundan verilən məlumata görə, hadisə şəhər ərazisindəki sanatoriyada baş verib. Sanatoriyanın işçisi Zeynalova Günay Gəray qızı Naftalan şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Əli Hüseyn oğlu ilə mübahisə edib. Aralarında yaranan mübahisə nəticəsində Ə.Hüseynov özü ilə gəzdirdiyi tüfənglə G.Zeynalovanı güllələyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Ə.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb.Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31