Bayram günlərində daha çox nədən zəhərləniblər?
Novruz bayramı günlərində Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə edilən əsas müraciətlər dəm qazından zəhərlənmə ilə bağlı olub. Bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
28 Mart 2018 17:40 SosialNovruz bayramı günlərində Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə edilən əsas müraciətlər dəm qazından zəhərlənmə ilə bağlı olub. Bunu Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
A.Maqsudovun sözlərinə görə, Novruz bayramı günlərində 12 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların 7-si xəstəxanaya yerləşdirilib.
Qeyd edilən müddətdə 4 nəfər dərman zəhərlənməsi diaqnozu, 6 nəfər allergik reaksiya, 2 nəfər sirkə turşusundan zəhərlənmə diaqnozu ilə, 6 nəfər sərxoşluğa görə xəstəxanaya müraciət edib. Trend.az