Gündəm

Rusiyada avtosalonda güclü yanğın - VİDEO

28 Mart 2018 18:34

Sank-Peterburqda avtosalonda yanğın baş verib. Hadisə "Нyundai" avtosalonunda qeydə alınıb. İlkin məlumata görə, yanğın 20 kvadrat metrlik sahəni əhatə edib.

PSJ Neymara elə qiymət qoydu ki...

28 Mart 2018 18:32

PSJ rəhbərliyi Neymarın transfer qiymətini müəyyənləşdirib. Paris klubunun prezidenti Nasser Əl Xelaifi braziliyalı ulduzu üün "Real"dan 400 milyon avro tələb edib.

Geyimlərinizi ilk günkü kimi saxlamaq üçün 15 ÜSUL

28 Mart 2018 18:30

Geyimlərinizin qarderob ömürlərini uzatmaq əslində düşündüyünüzdən daha asan və ucuz başa gəlir. Geyimləriniz dəbdən düşdükdə, köhnəldikdə, söküldükdə yeni paltarlar almaqdansa, yaradıcı təxəyyülünüzü işə salın. Hər kəs ləkələnmiş və ya zədələnən paltarlarını təmizləməyin yollarını axtarar.

Bu qidalar beyni məhv edir – UZAQ DURUN

28 Mart 2018 18:25

Mütəmadi olaraq yediyimiz qidalar həyatda qalmağımızla yanaşı, beyin sağlığımıza da ciddi şəkildə təsir edir.

Ramos: "Argentinaya 1:4 hesabıyla məğlub olduğumuz oyun xatirimizdə idi"

28 Mart 2018 18:12

İspaniya millisinin müdafiəçisi Serxio Ramos yoldaşlıq görüşündə Argentina üzərində qazanılan 6:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb. Təcrübəli futbolçu bunları deyib: "Komandada hər kəs sakitliyi qoruyur. Öncədən dünya kubokuna şəxsi malımız kimi baxmırıq. İsko ilə münasibətim? Onun atası deyiləm, dostu və yoldaşıyam. Sadəcə, təcrübəmə əsaslanıb ona məsləhət verə bilərəm ki, düzgün qərar qəbul etsin.

"Ayağım altında qalanlar ..." - Röyadan Aygünə reaksiya

28 Mart 2018 18:06

Xalq artisti Aygün Kazımova ilə əməkdar artist Röya Ayxan arasında söz-söhbət davam edir. Röya paylaşımında yenə də Kazımovaya söz atıb: "Heç kim və heç nə mənim konsert havamı poza bilmədi, bilməyəcək də. Niyə? Çünki mən keçmişlə qurdalanmıram. Şükür, hər günümdə bir yenilik var. Övladam, dostam, müdürəm, bacıyam, baldızam, övladının hər bir gününü gözündən qaçırmayan anayam. Xoşbəxtəm, çünki əzmirəm və əzilmirəm. Ayağım altında qalanlar isə yaşıl işıqda önümdən keçənlərdir. Allah məni o günə salmasın".

Azərbaycan və İran prezidentlərinin geniş tərkibdə görüşü olub

28 Mart 2018 18:05

Martın 28-də Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidentiHəsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Məşhur sovet aktyoru öldü

28 Mart 2018 18:02

Sovet kino və teatr aktyoru, bir sıra mahnıların müəllifi və ifaçısı Oleq Anofriyev həyatının 88-ci ilində vəfat edib. Bu barədə RT teleaparıcı Aleksandr Oleşkoya istinadən informasiya yayıb. Məşhur aktyor uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib. “Ən təəccübləndirən və gözəl aktyorlarımızdan biri, uşaqlığımızın səsi idi. Matəm günündə uşaqların qoruyucu mələyi yanlarına uçdu. Bu rəmzi məna daşıyır”, - Oleşko bildirib.

Özcanın "anası" ondan inciyib: "Heç olmasa, arada zəng edib..."

28 Mart 2018 17:53

"Asmalı konak" serialında Özcan Dənizin anası rolunu canlandıran aktrisa Selda Alkor aktyordan inciyib. Aktrisa buna səbəb kimi Özcanın serial bitəndən sonra bir dəfə də olsun onu axtarmamasını göstərib:  "Heç olmasa, arada zəng edib "Necəsən?" deyə soruşaydı.

Dünyanın ən xəsis qadını Kate Hashimoto

28 Mart 2018 17:51

 Yaponiyalı Kate Hashimoto New Yorkda yaşayır. O, 1998 - ci ildən etibarən paltarlara bir sent belə olsun xərcləməyib. Zibilliklərdən tapdığı və paltar dəyişmə bazarlarından əldə etdiyi paltarları geyinir. Paltarla bərabər yuyucu tozlara da pul verməyən Kate Hashimoto duş alarkən paltarlarınıda özü ilə bərabər yumağı seçir. Evinədə heç bir əşya almadığından evidə tamamilə zibilliklərdən tapdığı əşyalarla doludur. Kate təbii qazdan və işıqdan istifadə etmir çünki yeməkləri zibillikdən tapdığı üçün bişirməyədə ehtiyac qalmır. Tapdığı salfetkaları isə atmadan yenidən istifadə edir. 

Hakerlər "Latsio"nu aldadıblar

28 Mart 2018 17:46

"Latsio" Stefan de Vreyin transferinə görə "Feyenoord"un hesabına köçürməli olduğu 2 milyon avronu havaya sovurub. Roma klubu hakerlərin qurbanı olub. "Il Tempo"nun məlumatına görə "Latsio" razılaşdırılan vəsaiti elektron poçta gələn saxta bank hesabına köçürüb.

Yeni transferi “Qəbələ”ni seçməsinin səbəbini açıqladı

28 Mart 2018 17:45

"Qəbələ"dən gələn təklifi müsbət qarşıladım. Çətin durumumda məni komandaya götürdüyü üçün bu kluba təşəkkür edirəm.

Tanınmış müğənninin ailəsi qəzaya düşdü: anası öldü - VİDEO

28 Mart 2018 17:42

Dünən həyat yoldaşı ilə birlikdə uğradığı qəzada ağır yaralanan müğənni Resul Dindarın anası Meliha Dindarı həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.