Məşhur sovet aktyoru öldü

Sovet kino və teatr aktyoru, bir sıra mahnıların müəllifi və ifaçısı Oleq Anofriyev həyatının 88-ci ilində vəfat edib. Bu barədə RT teleaparıcı Aleksandr Oleşkoya istinadən informasiya yayıb. Məşhur aktyor uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib. “Ən təəccübləndirən və gözəl aktyorlarımızdan biri, uşaqlığımızın səsi idi. Matəm günündə uşaqların qoruyucu mələyi yanlarına uçdu. Bu rəmzi məna daşıyır”, - Oleşko bildirib.

Sovet kino və teatr aktyoru, bir sıra mahnıların müəllifi və ifaçısı Oleq Anofriyev həyatının 88-ci ilində vəfat edib. Bu barədə RT teleaparıcı Aleksandr Oleşkoya istinadən informasiya yayıb. Məşhur aktyor uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib. "Ən təəccübləndirən və gözəl aktyorlarımızdan biri, uşaqlığımızın səsi idi. Matəm günündə uşaqların qoruyucu mələyi yanlarına uçdu. Bu rəmzi məna daşıyır", - Oleşko bildirib.

Qeyd edək ki, Oleq Anofriyev 60-a yaxın obrazın ifaçısı olub. O, "Həmkarlar", "İtirilmiş vaxt haqqında nağıl", "Al-qırmızı yelkənlər", "Kisədəki pişik", "Birinci reys", "Gözlənilmədən" və "Yenidən yaşamaq lazımdır" kimi filmlərdəki unudulmaz rolları ilə yaddaşlarda qalıb. Kult.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31