Beyin gücü və yaddaşınızı artırmaq istəyirsiniz?
İnsan beyni ən çətin və kifayət qədər tədqiq olunmayan orqandır. Bəzi elm adamları insan beyninin sonsuz sayda məlumatları özündə arxivləyə biləcəyini iddia edir. Bəs beynimizi, yaddaşımızı necə gücləndirə bilərik?
28 Mart 2018 16:38 SosialAğıllı olmaq üçün bunları edin
İnsan beyni ən çətin və kifayət qədər tədqiq olunmayan orqandır. Bəzi elm adamları insan beyninin sonsuz sayda məlumatları özündə arxivləyə biləcəyini iddia edir. Bəs beynimizi, yaddaşımızı necə gücləndirə bilərik?
Bunun üçün bu üsulları nəzərdən keçirək:
İşlək olmayan sağ və ya sol əlinizdən tez - tez istifadə edin.
Ağız dadınızı dəyişin. Şokolad, pendir və bir çox qidaların fərqli çeşidlərindən dadaraq onları müqayisə etməyə çalışın.
Zənn etməyin ki, krossvord sadəcə təqaüdə çıxmış yaşlı nəsil üçündür. Krossvord yazmaq zehniniz üçün ən ideal seçimdir.
Daxilinizdəki səslə danışmağa və onu yola gətirməyə çalışın. Daxilinizdəki səsin ağlınıza qalib gəlməsinə icazə verməyin.
Texnologiyanı sizi əyləndirə biləcək bir vasitə olmaqdan çıxarın. Ondan sadəcə ehtiyacınız olduğu zamanlarda istifadə edin.
Yuxu rejiminizə diqqət edin.
Bədəninizə uyğun olan idman hərəkətlərini etməyi unutmayın. Özəlliklə də səhər saatlarında.
Özünüzə, "kimsiniz", "nələr hiss edirsiniz", "nələr düşünürsünüz" kimi suallar ünvanlandıraraq cavablar tapın.
Bir şəxs belə olsa, hər hansı bir dahi şəxsiyyətin həyatını və yaradıcılıq yolunu, uğurlarını necə qazandığını öyrənin.
Duyğu üzvlərinizdən birini qısa müddətlik xaric etməkdən çəkinməyin. Məsələn yemək yeyərkən yaxud duş alarkən gözlərinizi bağlayın. İş görərkən qulaqlarınızı pambıqla tutun.
Bir biri ilə əlaqəsiz olan mövzularda belə əlaqə qurmağa çalışın.
Hər hansı bir əşyanızın alternativ istifadə üsullarını düşünün. Məsələn, qulaqcığınız musiqi dinləməkdən başqa əlavə olaraq hansı işlərinizə də kömək edə bilər?
Heç bir mövzuda əmin olmayın. Hər zaman ikinci bir versiyanı da düşünün.
Rəsmlər çəkin. Bunun üçün rəssam olmağınıza ehtiyac yoxdur.
Sözləri tərsindən oxuyun və saatı ona baxmadan da təxmin etməyə çalışın.
Son olaraq isə rəqs edin...
Çünki Fridrix Nitsşenin də dediyi kim "Musiqinin səsini eşidə bilməyənlər rəqs edənləri dəli hesab edirlər"