“Bu, İran-Azərbaycan münasibətləri tarixində ilkdir”

“İran prezidenti Həsən Ruhani Bakıya siyasi məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etməyə gəlməyib. İranın bu istiqamətdəki mövqeyində dəyişiklik yoxdur. Bakıda əsas müzakirə mövzusu şimal-cənub nəqliyyat xətti və Astara-Rəşt dəmiryolunun tikintisi üçün Azərbaycanın İrana ayıracağı 500 milyon dollar krediti rəsmiləşdirməkdir”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

"İran prezidenti Həsən Ruhani Bakıya siyasi məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etməyə gəlməyib. İranın bu istiqamətdəki mövqeyində dəyişiklik yoxdur. Bakıda əsas müzakirə mövzusu şimal-cənub nəqliyyat xətti və Astara-Rəşt dəmiryolunun tikintisi üçün Azərbaycanın İrana ayıracağı 500 milyon dollar krediti rəsmiləşdirməkdir". Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İran-Azərbaycan münasibətləri tarixində bu bir ilkdir: "İrana heç bir dövlət böyük yatırım qoymur, biz də qoymazdıq əgər bu layihə Azərbaycanın geosiyasi və geoiqtisadi maraqlarına cavab verməsəydi: "Biz Şimal-Cənub layihəsi vasitəsilə Ermənistanın təcridini gücləndiririk, İran isə özü təcriddən çıxmağa çalışır. Demək, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan üçün vacib olduğu qədər İran üçün də mühüm əhəmiyyəti kəsb edir. Birincisi, İran bu dəmiryolu vasitəsilə Avropa bazarlarına birbaşa çıxış imkanı qazanacaq, bu xəttin Bakı-Tiflis-Qars dəmiryoluna birləşməsi də mümkündür. İkincisi, Tehran bu layihələrə qoşulmaqla Amerikanın İranı təcridetmə siyasətini zəiflədəcək. Ona görə Tehran bu layihəyə və verilən kreditə görə bizə minnətdar olmalıdır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31