Əmək Nazirliyində fikir mübadiləsi aparılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa Sosial Xartiyası departamentinin müdiri, Sosial Hüquqlar üzrə Avropa Komitəsinin icraçı katibi Reji Briya ilə görüş olub. Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes də iştirak edib.
28 Mart 2018 16:36 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa Sosial Xartiyası departamentinin müdiri, Sosial Hüquqlar üzrə Avropa Komitəsinin icraçı katibi Reji Briya ilə görüş olub. Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes də iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, ölkənin ümumi inkişafının sosialyönümlü olduğunu, əldə edilən iqtisadi dividentlərin ilk növbədə sosial məqsədlərə yönəldiyini vurğulayıb.
R.Briya Avropa Sosial Xartiyasının maddələrinin ratifikasiyası, sosial sahədə milli qanunvericiliyin Xartiyanın ratifikasiya olunmuş maddələrinə uyğun təkmilləşdirilməsi sahəsində Azərbaycanda aparılan işlərin Avropa Sosial Xartiyası departamenti tərəfindən məmnunluqla qarşılandığını qeyd edib. O, ölkəmizdə aparılan sosial siyasətin ildən-ilə güclənməsinin, həssas əhali qruplarının təminat səviyyəsinin getdikcə artırılmasının, onların sosial hüquqlarının təmin edilməsinin, həmçinin Avropa Şurasının sosial birlik prinsiplərinin diqqətdə saxlanmasının təqdirəlayiq olduğunu bildirib.
Görüş Azərbaycanda sosial hüquqlar sisteminin Avropa Sosial Xartiyasının maddələri əsasında təkmilləşdirilməsi üzrə görülən işlərə və bu sahədə gələcək vəzifələrə dair fikir mübadiləsi ilə davam edib.