Elçin Mirzəbəyli: “Soyqırımı günahkarlarını məhkəməyə cəlb edə bilərik”

“Ümumiyyətlə nəzərə almaq lazımdır ki, erməni diasporu dünyanın müxtəlif ölkələrinə səpələnib”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

"Ümumiyyətlə nəzərə almaq lazımdır ki, erməni diasporu dünyanın müxtəlif ölkələrinə səpələnib". Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçinin sözlərinə görə, erməni diasporunun bütün həyatı, fəaliyyəti qondarma soyqırım iddiaları üzərində qurulub: "Ermənilər bundan biznes vasitəsi kimi istifadə edirlər, həm də mövcudluqlarını qoruyub saxlamaq üçün bir element kimi yararlanırlar. Bu aspektdən də nəzərə almaq lazımdır ki, Azərbaycanda diaspor gəncdir. Ona görə də Ermənistan tərəfindən mütəmadi olaraq bu cür təxribat xarakterli addımlar atılır. Şübhə etmirəm ki, zamanı gələndə həm 31 Mart soyqırımı, həm də Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətləri haqqında məlumatlar tam çatdıra biləcəyik. Təəssüf ki, hazırda 31 Mart soyqırımı ilə bağlı suçlular yoxdur. Amma biz Xocalı soyqırımının günahkarlarını məhkəməyə cəlb edə bilərik. Bunun üçün də bütün imkanlar var. Ümid edirəm ki, bu istiqamətdə atılan addımlar güclənərsə, təbii ki, günahkarlar da öz cəzalarına çatacaqlar. Ermənilərin cavabını verməyin ən əsas yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir".

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31