Gündəm
Türkiyə-ABŞ danışıqlarının vaxtı açıqlandı
Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olan Menbiç əyaləti ilə bağlı məsələni müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək.
Rusiyada vəhabilik qadağan oluna və terrorçu ideologiya elan oluna bilər
Rusiya Dinlərarası Şurası federal qurumlara ölkədə fəaliyyət göstərən bütün vahabi təşkilatlarını ekstremist elan etmək xahişi ilə müraciət edib.
Rəşad Sadıqov: "Hələ yolun əvvəlindəyik"
"Komanda şəklində daha güclü olmalı və özümüzə daha çox inanmalıyıq". Məlumata görə, bunu 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İrlandiya – Azərbaycan oyunu (1:0) ilə bağlı yığmamızın baş məşqçisi Rəşad Sadıqov deyib.
Türkyədə şirkət qurmaq asanlaşdı və UCUZLAŞDI
Türkiyədə şirkətlərin qeydiyyatdan keçməsi prosesi sadələşdiriləcək. Məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. Baş nazirin sözlərinə görə, əvvəllər prosedurların sayı çox idi, notarial qaydada təsdiqi də tələb olunurdu. Bundan sonra şirkətlərin "Elketron hökumət" vasitəsilə qeydiyyatı mümkün olacaq. B.Yıldırım daha sonra qeyd edib ki, əgər əvvəllər şirkəti qeydiyyatdan keçirmək üçün 1,9 min lirə lazım idisə, indi bu məbləğ 650 lirəyə endirilib.
Kölgədə gizlənənlər...
Müdafiə Nazirliyi: "Belə məlumatların yayılması düşmənin maraqlarına xidmət edir"
Azərbaycan Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib. Məlumata görə, müraciətdə qeyd edilir: "Aprelin 1-dən Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən mövzu ilə bağlı müzakirələr aparılır və müxtəlif şərhlər paylaşılır.
Tərtər rayonunda 6 kəndi birləşdirən yeni avtomobil yolu inşa edilir
Tərtər rayonunda 21.5 km uzunluğunda yeni avtomobil yolu inşa edilir. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, Tərtər rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Lakin yolun torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirir, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol ölkə rəhbərliyinin tapşırığı ilə respublikada bu il yenidən qurulmasına ehtiyac olan yolların siyahısına daxil edilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisinə start verilib.
Almaniyada Heydər Əliyevin xatirəsinə turnir keçiriləcək
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Heydər Əliyev adına Dünya Boks Komitəsinin (World Boxing Committee H.Aliyev) təşkilatçılğı ilə mayın 5-də Almaniyanın Vaysvasser şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci illik yubileyinə həsr olunmuş peşəkar boks turniri keçiriləcək. “OLAYLAR” xəbər verir ki, turnirin təntənəli açılış mərasimində şəhər meriyasının rəhbəri Torsten Plötzş, Almaniya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri və yerli medianın iştirakı gözlənilir. Turniri 2000 yaxın tamaşaçının canlı izləyəcəyi gözlənilir. İdman yarışının Almaniya mediasında geniş işıqlandırılması nəzərdə tutulub.
Rusiyadakı yanğında ölənlərin sayı 78-ə çata bilər
Rusiyanın Kemerovo şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 78-ə çata bilər. Vilayətin bölgənin birinci vitse-qubernatoru Vladimir Çernov deyib ki, hakimiyyət orqanları vətəndaşların təşəbbüs qrupundan bu barədə daxil olmuş məlumat üzərində işləyirlər.
ABŞ səfiri: “Azərbaycan iqtisadiyyatın diversifikasiyası üçün tədbirləri davam etdirməlidir”
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri ilə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın diplomatik xidmətinin başa çatmasına həsr olunmuş aylıq işgüzar nahar təşkil olunub. Tədbiri açıq elan edən AmCham Azərbaycanın prezidenti Nuran Kərimov və icraçı direktor Natəvan Məmmədova R. Sekutaya Azərbaycanda xüsusi xidmətlərinə görə minnətdarlıqlarını ifadə ediblər, 2015-ci ildə Bakıya gələn səfirin Palatanın fəaliyyətinə böyük töhfə verdiyini vurğulayıblar.
Nazirlik vergi ödəyicilərinə müraciət etdi
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib. “Olaylar”ın məlumatına görə, müraciətdə bildirilir ki, 2017-ci ilin yekunlarına görə hüquqi şəxslər tərəfindən mənfəət və əmlak vergisi, fiziki şəxslər isə gəlir vergisinin bəyannaməsini aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Azərbaycanda uşaqları izləyən təhlükəli “rus virusu”
Professordan həkim reklamlarına SƏRT TƏPKİ: “Ayıbdır..."
Böyük sürətlə həyatımıza daxil olan internet artıq gündəlik rejimimizin bir parçasına çevrilib. Təbii olaraq hər bir istifadəçi internetdən öz maraqlarına uyğun yararlanır. Kimisi işilə bağlı, kimisi özünüreklamla bağlı, kimisi də sadəcə vaxt “öldürmək” üçün... Son vaxtlar isə sosial şəbəkələrdə həkim reklamlarının sayı artıb. Təbii ki, həkimlərin daxil olduğu əməliyyatlar, ona müraciət edənlər üzərindən apardığı reklam kampaniyaları daha çox pasiyent cəlb etməyə hesablanıb. Pasiyent çoxaldıqca, həkimin qəbulu, müayinə qiymətləri də “şişməyə” başlayır.
Hikmət Babaoğlu: "Zatulin MDB ölkələri ilə əməkdaşlığın inkişafına deyil, korlanmasına xidmət edir"
"Konstantin Zatulin Rusiya Federasiyası Dövlət Dumasında MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavinidir. Ancaq bu şəxsin fəaliyyəti tam əksinə, MDB ölkələri ilə, eyni zamanda, postsovet məkanında yaşayan rusiyalılarla əlaqələri korlamaqdan ibarətdir. Bu isə onun üzvü olduğu "Vahid Rusiya" fraksiyasının siyasi məqsədləri ilə izah edilə biləcək fəaliyyət deyil".







.jpg)






