Almaniyada Heydər Əliyevin xatirəsinə turnir keçiriləcək
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Heydər Əliyev adına Dünya Boks Komitəsinin (World Boxing Committee H.Aliyev) təşkilatçılğı ilə mayın 5-də Almaniyanın Vaysvasser şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci illik yubileyinə həsr olunmuş peşəkar boks turniri keçiriləcək. “OLAYLAR” xəbər verir ki, turnirin təntənəli açılış mərasimində şəhər meriyasının rəhbəri Torsten Plötzş, Almaniya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri və yerli medianın iştirakı gözlənilir. Turniri 2000 yaxın tamaşaçının canlı izləyəcəyi gözlənilir. İdman yarışının Almaniya mediasında geniş işıqlandırılması nəzərdə tutulub.
28 Mart 2018 16:09 SosialDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Heydər Əliyev adına Dünya Boks Komitəsinin (World Boxing Committee H.Aliyev) təşkilatçılğı ilə mayın 5-də Almaniyanın Vaysvasser şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci illik yubileyinə həsr olunmuş peşəkar boks turniri keçiriləcək. "OLAYLAR" xəbər verir ki, turnirin təntənəli açılış mərasimində şəhər meriyasının rəhbəri Torsten Plötzş, Almaniya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri və yerli medianın iştirakı gözlənilir. Turniri 2000 yaxın tamaşaçının canlı izləyəcəyi gözlənilir. İdman yarışının Almaniya mediasında geniş işıqlandırılması nəzərdə tutulub.
Artıq Almaniyada ənənə halını almış boks turnirində müxtəlif ölkələrin boksçuları peşəkar rinqdə öz güclərini sınayacaq. Ukraynalı boksçu Oleksandr Qaraşenko, Almaniya boksçuları Tino Froehliş və Dominik Kosel, Polşa boksçusu Thomas Andreevski və digər ölkələrdən olan peşəkarboksçular Heydər Əliyevin adını daşıyan Dünya və beynəlxalq kəmərləri uğrunda mübarizə aparacaqlar.