Tərtər rayonunda 6 kəndi birləşdirən yeni avtomobil yolu inşa edilir
Tərtər rayonunda 21.5 km uzunluğunda yeni avtomobil yolu inşa edilir. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, Tərtər rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Lakin yolun torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirir, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol ölkə rəhbərliyinin tapşırığı ilə respublikada bu il yenidən qurulmasına ehtiyac olan yolların siyahısına daxil edilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisinə start verilib.
28 Mart 2018 16:10 SosialTərtər rayonunda 21.5 km uzunluğunda yeni avtomobil yolu inşa edilir. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, Tərtər rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Lakin yolun torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirir, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Bu üzdən sözügedən yol ölkə rəhbərliyinin tapşırığı ilə respublikada bu il yenidən qurulmasına ehtiyac olan yolların siyahısına daxil edilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikintisinə start verilib.
Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihə əsasında yol boyu 8 ədəd avtobus dayanacağının, 142 ədəd yol nişanının, 22 ədəd km göstəricinin və 840 ədəd siqnal dirəyinin quraşdırılması nəzərdə tutulub. Bundan başqa hərəkətin normal təşkili üçün 54.5 km uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi də planlaşdırılır.
Yeni yolun inşası ilə yol boyu yaşayan əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri məhsullarının tez və xarab olmadan daşınması imkan yaranmaqla sözügedən ərazidə kənd təsərrüfatı daha da inkişaf edəcək. Bu isə öz növbəsində vətəndaşların sosial rifah halının yüksəlməsinə gətirib çıxaracaq.