Gündəm

25 məktəbli forması oğurlayan ələ keçib

28 Mart 2018 15:47

Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Şəmsi Şıxəliyev saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Yeni Suraxanı qəsəbəsi ərazisindəki evlərin birinin həyətindəki saxlanc yerindən fevral ayının 27-dən mart ayının 9-dək olan müddətdə 90 ədəd məktəbli formasının və 500 ədəd eynəyin oğurlanması barədə müraciət daxil olub.

Universitetdə “Səfirlik günü”

28 Mart 2018 15:47

Martın 28-də Azərbaycan Dillər Universitetində  “Səfirlik günü” adlı tədbir keçirilib.

“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə start verilib

28 Mart 2018 15:44

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin birgə təşkilatçılığı ilə II Beynəlxalq İncəsənət festival-müsabiqəsinə start verilib.

Gənclərin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil edildi

28 Mart 2018 15:39

2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, gənclərin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.

Məşhur nağıl yeni quruluşda

28 Mart 2018 15:38

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir premyerasına hazırlaşır. Olaylar.az bildirir ki, teatr uşaqlara yeni quruluşda “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşasını  təqdimedəcək. Mikayıl Müşfiqin qeyd olunan məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq izləyicilərin görüşünə gələcək. 

İşsiz qalanlar sosial yardım alacaq

28 Mart 2018 15:36

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınan şəxslər sosial yardım almaq hüququna malik olacaq.

Ermənilər bunun üçün 1283 il gözləyəcəklər – ŞOK İDDİA

28 Mart 2018 15:30

Martın 24-də Ermənistanın baş naziri Karen Karapetyan parlamentə baş çəkdi. O, çox kədərli idi və ümidini itirmiş insan təsiri bağışlayırdı. Bunu tamamilə belə izah etmək olar: çünki o, bundan sonra de-yure baş nazirdir və de-fakto onu heç kim baş nazir kimi qəbul etmir.

Avropada xalqımız əleyhinə anti-təbliğatla məşğul olan bu canli “ölülər”

28 Mart 2018 15:28

Azərbaycana qarşı çirkin kampaniya davam edir. Hər dəfə ölkə ciddi siyasi hadisə, mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə, forumlara evsahibliyi edən ərəfədə bu kampaniya işə düşür. Hər dəfə də Azərbaycan əleyhinə təşkil edilən bu kampaniya zamanı Azərbaycanı sevməyən xarici dairələr, xüsusilə də erməni lobbisi bizi sapı özümüzdən olan baltalarla vurmağa çalışırlar. Bu dəfə də belə oldu. Ölkədə keçirilən prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı açılan cəbhəyə Avropada özünə müxtəlif adlar altında sığınacaq tapmış bəzi antimilli ünsürləri də cəlb edə bildilər. Artıq bir xeyli müddətdir ki, başda erməni lobbisi olmaqla Azərbaycanın uğuru, inkişafını istəməyən xarici dairələr ölkəmizə qarşı birləşiblər.

Asiyanın ən nüfuzlu universitetinin rəhbərliyi Odlar Yurdu Universitetində

28 Mart 2018 15:25

Çinin Tsingua Universitetinin “Schwarzman” Kollecinin dekanı David Pan Odlar Yurdu Universitetinin qonağı olub. Qonağı Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev qəbul etdi, onu universitetdə görməkdən məmnunluğunu bildirdi. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında səfirə dolğun məlumat verdi.

Bu gün Milli Təhlükəsizlik Orqanları işçilərinin peşə bayramıdır

28 Mart 2018 15:24

1919 – cu il martın 28-də Azərbaycanda ilk Milli Təhlükəsizlik Orqanı yaradıldı. Təəssüflər olsun ki, Cümhuriyyətin ömrü çox çəkmədi və 1 il sonra sovet ordusu tərəfindən Azərbaycan yenidən işğal edildi. Sovet ittifaqı süquta uğradıqdan sonra isə 1991 – ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yarandı. Prezident Heydər Əliyevin 1997 – ci il 23 mart tarixli fərmanı ilə isə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi elan olundu.

184 milyard dollarınız olsa nə edərdiniz?

28 Mart 2018 14:56

Əgər Tesla satış üçün bazar dəyərinə çıxarsa İlon Mask tarixin ən böyük satış məbləğini əldə edəcək. Bəs İlon Mask bu məbləğlə nələr etmək istəyir? Yaxtalar almaq? Bir futbol komandasının sahibi olmaq? Lüks tətillərə çıxmaq? Xeyr, bunların heç biri İlon Maskın istəkləri deyil və bu cür lüks onu özünə cəlb etmir. Onun tək istəyi ulduzlara, planetlərə çatmaqdır. 

Bakıda küçənin ortasında pişiklə cinsi əlaqəyə girdi, döyüldü 

28 Mart 2018 14:43

Sosial şəbəkələrdə yayılan görüntülərdə iddia edilir ki, 20-25 yaşlarında gənc Bakı sakini pişiklə cinsi əlaqəyə girmək istəyən zaman  tutulub.

Azərbaycan inkişaf etmiş dövlətlər sırasında inamla irəliləyir

28 Mart 2018 14:41

Dünyanı iqtisadi böhran bürüdüyü bir şəraitdə, bir çox ölkələrdə daxili sabitliyin pozulması və bunun nəticəsində çox böyük insan itkisi ilə nəticələnən münaqişələrin yaranması, dünyanın müxtəlif nöqtələrində siyasi və iqtisadi mühitin böhrana uğradığı dövrdə müstəqil Azərbaycanımızın dinamik inkişaf etməsi, əhalinin maddi rifahının günü gündən yaxşılaşması çox fərəhləndiricidir.