Məşhur nağıl yeni quruluşda
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir premyerasına hazırlaşır. Olaylar.az bildirir ki, teatr uşaqlara yeni quruluşda “Şəngülüm, Şüngülüm, Məngülüm” tamaşasını təqdimedəcək. Mikayıl Müşfiqin qeyd olunan məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq izləyicilərin görüşünə gələcək.
28 Mart 2018 15:38 MədəniyyətAbdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı daha bir premyerasına hazırlaşır.
Olaylar.az bildirir ki, teatr uşaqlara yeni quruluşda "Şəngülüm, Şüngülüm, Məngülüm" tamaşasını təqdimedəcək. Mikayıl Müşfiqin qeyd olunan məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq izləyicilərin görüşünə gələcək.
Anar Məmmədovun quruluşnda olan tamaşada istedadlı aktrisası Ülviyyə Əliyeva rol alır.
Müəllif matearialındakı Şüngülüm obrazının ixtisarı ilə yeni səhnə həyatı yaşayacaq tamaşada aktrisa canlı planda Nağılçı ilə yanaşı beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında tamaşaçı qarşısına çıxacaq.
Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev bu səhnə işində bir neçə kukla texnikasının sintezini yaradıb.
Tamaşasının bəstəkarı əməkdar artist Elza Seyidcahandır. O, musiqilərində mətn müəllifinin şeir nümunələrindən istifadə edib.
Qeyd edək ki, Uşaqlara klassik nağıl nümunəsini tam yeni, fərqli və çağdaş boyalarla təqdim edən tamaşa martın 30-da təqdim ediləcək.