“Mersedes” yolu keçən piyadanı vurub öldürdü
28 Mart 2018 15:46 KriminalSumqayıt şəhərinin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 28-də saat 1 radələrində Sumqayıt şəhərinin S.Vurğun küçəsində şəhər sakini Mahir Musayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Zaur Nağıyevi vurub. Nəticədə ağır xəsarət alan piyada hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31