Azərbaycan inkişaf etmiş dövlətlər sırasında inamla irəliləyir
Dünyanı iqtisadi böhran bürüdüyü bir şəraitdə, bir çox ölkələrdə daxili sabitliyin pozulması və bunun nəticəsində çox böyük insan itkisi ilə nəticələnən münaqişələrin yaranması, dünyanın müxtəlif nöqtələrində siyasi və iqtisadi mühitin böhrana uğradığı dövrdə müstəqil Azərbaycanımızın dinamik inkişaf etməsi, əhalinin maddi rifahının günü gündən yaxşılaşması çox fərəhləndiricidir.
28 Mart 2018 14:41 SiyasətArtıq müstəqil Azərbaycanın İlham Əliyev epoxası yaranıb
Dünyanı iqtisadi böhran bürüdüyü bir şəraitdə, bir çox ölkələrdə daxili sabitliyin pozulması və bunun nəticəsində çox böyük insan itkisi ilə nəticələnən münaqişələrin yaranması, dünyanın müxtəlif nöqtələrində siyasi və iqtisadi mühitin böhrana uğradığı dövrdə müstəqil Azərbaycanımızın dinamik inkişaf etməsi, əhalinin maddi rifahının günü gündən yaxşılaşması çox fərəhləndiricidir. Eyni zamanda, iqtisadiyyatımızın dinamik inkişaf etməsi, abadlıq və quruculuq işləri, şəhər və kəndlərimizin simasının dəyişməsi sübut edir ki, Prezident İlham Əliyev Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirir. Bu yol Azərbaycan insanına xidmət etmək yoludur, bu yol Azərbaycan vətəndaşının maddi rifahına xidmət edən yoldur. Heydər Əliyev yolu Azərbaycanı firəvan, xoşbəxt gələcəyə aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi inkişaf üçün həyata keçirilən siyasət bu yolun əsas qayəsidir ki, Prezident İlham Əliyev bunu layiqli səviyyədə həyata keçirir. Vəkil Rövşən Qasımov bildirib ki, Azərbaycanın dünyada önəmini artıran əsas amillərdən biri Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynamasıdır. Azərbaycan bir çox ölkələrdən ərazi və əhali cəhətdən kiçik olmasına baxmayaraq, onların enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət kəsb edir: "Ulu öndərimizin uğurlu siyasətinin nəticəsi olan Bakı-Tbilisi -Ceyhan kəməri bir daha sübut edir ki, Heydər Əliyev yolu doğru yoldur. Prezident İlham Əliyev isə bu yolu daha da şaxələndirərək dünyaya gedən yollarımızı genişləndirir. Böyük sürətlə və hərtərəfli şəkildə inkişafı davam edən müstəqil Azərbaycan dövləti dünya birliyində xüsusi çəkiyə malik əhəmiyyətli ölkədir. Nəinki regionun, ümumiyyətlə qlobal mənada dünyanın ən müxtəlif problemlərinin həllində Azərbaycan Respublikası mötəbər söz sahibidir. Bu gün Azərbaycan Avropa ilə Asiyanı əlaqələndirən ölkə kimi dünyanın Qərb siyasətində də, Şərq tərəfdaşlığında da əsas tarazlıq nöqtələrindən biridir". Onun sözlərinə görə, müstəqillik qazanmış yeni ölkələr sırasında bütün mənalarda Azərbaycan müstəqil dövlət kimi inkişaf etməyin və fəaliyyət göstərməyin ən müasir modelidir: "Müstəqil Azərbaycan qısa müddətdə inkişaf etməkdə olan ölkələrin cərgəsindən inkişaf etmiş dövlətlərin sıralarına doğru inamla irəliləməkdədir. Bütün bu mühüm tarixi nailiyyətlərin əldə olunmasının əsas şərtlərindən biri ölkəmizdə siyasi varisliyin təmin olunması, ardıcıl və sistemli dövlət quruculuğunun uğurla həyata keçirilməsi ilə əlaqədardır. Demokratiya pərdəsi altında əslində böyük güclərin maraqlarına xidmət edən mənasız siyasi eksperimentlərin həyata keçirilməsinin yaxın və uzaq ölkələrdə yaratdığı acınacaqlı vəziyyət, dərin böhran və münaqişələr müstəqil dövlətçiliyin Azərbaycan modelinin danılmaz reallıqlarını bir daha diqqət mərkəzinə çəkir. Bu böyük və sürətli inkişafın təməlində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə formalaşdırdığı möhkəm dövlətçilik təməlləri mühüm yer tutur". Vəkil əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasi hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycan Respublikasını təməl dövlətçilik prinsipləri zəminində və ardıcıl yaradıcı fəaliyyət əsasında yenidən qurub, sürətlə və hərtərəfli şəkildə inkişaf etdirərək yeni mərhələyə çatdırmağın mümkünlüyünü qəti şəkildə isbat etmişdir: "Keçən dövr ərzində aparılmış məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan möhkəm ictimai-siyasi sabitliyə, inkişaf etmiş və modernləşdirilmiş iqtisadiyyata, güclü hərbi-sənaye kompleksinə, ən əsası isə davamlı milli-mənəvi dəyərlərə malik olan qüdrətli dövlət səviyyəsinə çatdırılmışdır. Ölkəmizin beynəlxalq miqyasda mövqeləri möhkəmlənmiş, dostları və tərəfdarları artmışdır.
Artıq müstəqil Azərbaycanın İlham Əliyev epoxası yaranmışdır. Müstəqil siyasət, məqsədyönlü novator dövlət quruculuğu, sürətli və hərtərəfli inkişaf İlham Əliyev epoxasının əsas parametrləridir. Eyni zamanda, ölkə maraqlarının əsas kimi qəbul edilməsi şərti ilə dünyada gedən proseslərin böyük məharətlə uzlaşdırılması və hər dəfə yeni təfəkkürdən doğan real əlavələrlə zənginləşdirərək inamla bəyan etməsi və qətiyyətlə həyata keçirməsi İlham Əliyevi XXI əsrin qüdrətli siyasi liderləri sırasına çıxarmışdır. Azərbaycan xalqı fəxr edir ki, onun Prezident İlham Əliyev kimi parlaq dövlətçilik istedadına, mühüm beynəlxalq nüfuza, ümumxalq məhəbbətinə, böyük quruculuq təcrübəsinə, düşünülmüş qətiyyətə malik görkəmli dövlət rəhbəri vardır". R.Qasımov qeyd edib ki, prezident İlham Əliyev sözün həqiqi mənasında görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün əməli fəaliyyətində uğurla birləşdirir. O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda ölkəsini və xalqını təmsil etmək vəzifəsini bacarıqla gerçəkləşdirir: "Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qorunub saxlanılması şərtilə dövlət strukturu böyük sürətlə inkişaf etdirilir, ölkənin idarə olunmasının ən müasir forma və metodları uğurla tətbiq olunur. Ölkəmizdə demokratik cəmiyyətin, bazar münasibətlərinə əsaslanan müasir iqtisadi siyasətin bərqərar olması proseslərinə ciddi fikir verilir. İqtisadiyyatda özəl sektorun üstünlük qazanması, neft gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi Prezident İlham Əliyevin siyasətinin əsasında dayanır. Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması, ən yeni texnologiyaların meydanının genişləndirilməsi də möhtərəm Prezidentin ön sıraya çəkdiyi zəruri sahələrdəndir. Ölkə başçısının səyləri ilə Bakı möhtəşəm körpülər, abad yollar və çoxsaylı göydələnlər şəhərinə çevrilmişdir. Azərbaycanın regionlarında aşkar görünən hərtərəfli intibahın, sürətli canlanmanın, müasir həyatın bərqərar olması ideyasının memarı və müəllifi Prezident İlham Əliyevdir. Möhtərəm Prezidentin "tarixi hadisə" adlandırdığı regionların inkişafı üzrə Dövlət Proqramının dönmədən və uğurla həyata keçirilməsi Azərbaycan Respublikasının iqtisadi mənzərəsini tamamilə dəyişmiş, sözün əsl mənasında, xalqımız qarşısında tarixi xidmətə çevrilmişdir". Onun sözləriə görə, qısa müddətdə möhtəşəm addımlarla irəliləyən müstəqil Azərbaycan dövlətinin böyük tərəqqisində İlham Əliyevin Prezidentlik fəaliyyəti xüsusi tarixi mərhələ təşkil edir:"İlham Əliyev artıq geniş mənada dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Dünya təcrübəsindən görünür ki, bir çox dövlət başçıları yalnız ölkəyə ümumi rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olur, onların bir çoxunun ampluası praktik rəhbərlikdən çox da uzağa gedə bilmir, yaxud da hər hansı bir istiqamətin inkişaf etdirilməsi ilə səciyyələnir. Prezident İlham Əliyev isə bacarıqlı, mükəmməl, qurucu lider olmaqla bir sırada həm də geniş, qlobal dünyagörüşə, analitik təhlil bacarığına, praqmatik baxışlara, hərtərəfli bacarıqlara malik olan mükəmməl dövlət xadimidir. O, mövcud siyasi reallıqları inkişafda olan qlobal ictimai proseslərlə böyük məharətlə uzlaşdırmağı bacarır. Ona görə də siyasi gerçəklikləri dərindən, ətraflı və sistemli şəkildə dəyərləndirəndə də, yaxın və uzaq gələcəkdən söz açanda da həmişə nikbin və realist görünür".
Nurlan