Bu gün Milli Təhlükəsizlik Orqanları işçilərinin peşə bayramıdır

1919 – cu il martın 28-də Azərbaycanda ilk Milli Təhlükəsizlik Orqanı yaradıldı. Təəssüflər olsun ki, Cümhuriyyətin ömrü çox çəkmədi və 1 il sonra sovet ordusu tərəfindən Azərbaycan yenidən işğal edildi. Sovet ittifaqı süquta uğradıqdan sonra isə 1991 – ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yarandı. Prezident Heydər Əliyevin 1997 – ci il 23 mart tarixli fərmanı ilə isə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi elan olundu.

1919 - cu il martın 28-də Azərbaycanda ilk Milli Təhlükəsizlik Orqanı yaradıldı. Təəssüflər olsun ki, Cümhuriyyətin ömrü çox çəkmədi və 1 il sonra sovet ordusu tərəfindən Azərbaycan yenidən işğal edildi. Sovet ittifaqı süquta uğradıqdan sonra isə 1991 - ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yarandı. Prezident Heydər Əliyevin 1997 - ci il 23 mart tarixli fərmanı ilə isə 28 mart - Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi elan olundu.

Milli Təhlükəsizlik Orqanlarının tarixini 3 dövrə, bölsək bu dövrlər, Azərbaycan Demokratik Respublikası dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrünü əhatə edir.

Azərbaycanın ilk təhlükəsizlik naziri Məmmədbağır Saleh oğlu Şeyxzamanlı olub.  Ondan sonra 27 təhlükəsizlik naziri təyin olunub. Hazırda bu quruma Azərbaycanın Milli qəhrəmanı, general - leytenant Mədət Quliyev rəhbərlik edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31