Gündəm

Azərbaycan iqtisadiyyatının inkişafı üçün lazımi şərait yaradılıb

28 Mart 2018 14:39

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət kiçik və orta sahibkarlığın inkişafına təkan verib. Ölkədə normal biznes mühitinin yaradılması dövlətin priorotet məsələlərindən hesab olunduğundan sahibkarlığın inkişafına lazımi dəstək verilir. Nəzərə almaq lazımdır ki, qeyri-neft sektorunun inkişafında sahibkarların sərbəst fəaliyyəti əsas faktorlardan hesab olunur.

"Ay kişilər, görüşəndə dul qadınla görüşün, savabdır" - Azərbaycanlı aktrisadan QALMAQALI AÇIQLAMA 

28 Mart 2018 14:37

Cəsarətli açıqlamaları, atmacaları ilə tanınan aktrisa Könül Yusif qızı yeni paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb. Xanım aktrisa yetkinlik yaşına yeni daxil olan qızların ərli kişilərlə sevgili olmasına rişxənd edib. O, indi ərli kişilərin məşuqələrinin daha çox 18-25 yaş arası qızlar olduğuna diqqətləri çəkib.

Azərbaycan vətəndaşının seçimi birmənalı şəkildə inkişaf və sabitlikdir

28 Mart 2018 14:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi ötən 15 il ərzindəki fəaliyyəti, ölkəmizin inkişafı istiqamətində atdığı addımlar və bu illər ərzində əldə edilən uğurlu nəticələr cəmiyyət tərəfindən Ona olan inam və etimadı daha artırıb. Məhz bu inam və etimadın nəticəsidir ki, ölkə vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir və aprelin 11-də keçiriləcək növbəti prezident seçkilərində ona səs verəcəklərini açıq şəkildə bəyan edirlər.

Münbiç üçün SON QƏRAR verilə bilər – Vaşiqntonda GÖRÜŞ

28 Mart 2018 14:31

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümid Yalçın martın 30-da ABŞ-a gedəcək. Səfər zamanı Münbiçin PKK terror təşkilatından təmizlənməsi ilə bağlı müzakirələr aparılacaq. ABŞ dövlət katibinin köməkçisi Con Sullivan ilə keçiriləcək görüşdə həmçinin, Türkiyə-ABŞ münasibətləri, regional və beynəlxalq mövzular müzakirə ediləcək.

Monteneqro da rusiyalı diplomatı ölkədən çıxarır

28 Mart 2018 14:29

Monteneqro da bu gün bir rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar verib. Məlumata görə, ölkə rəhbərliyi bu qərarın Skripalın işi ilə əlaqədar olduğunu bəyan edib.

Geologiya və Geofizika İnstitutu: Yaxın aylarda yenidən vulkan püskürə bilər

28 Mart 2018 14:27

“Azərbaycanda ötən ildən palçıq vulkanlarının püskürməsində aktivlik müşahidə edilir. 2018-ci ilin əvvəli də Azərbaycanda palçıq vulkanlarının aktivləşməsi ilə səciyyələnir”.

"Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş "Genosid-100" adlı sərgi keçiriləcək

28 Mart 2018 14:21

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2018-ci il mart ayının 29-da saat 17:00-da “Qalereya 1969” salonunda 31 mart "Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş "Genosid-100" adlı sərginin açılış mərasimi keçiriləcəkdir.

Lotu Qulidən üzr istəyən gəncdən yeni video: “Dilini tikə-tikə edib sənə yedirəcəm” – 18 + VİDEO

28 Mart 2018 14:20

Bu sözləri bi müddət əvvəl “Lotu Quli” ləqəbli Nadir Səlifovdan üzr istəyən Yeraz Əli adlı şəxs yeni video paylaşıb. Əli bu videosunda onu çəkdiyi videoya görə söyənlərə səslənib, onları öldürəcəyini deyib: “Hərə bir söz danışır. Guya məni sındırıblar, öldürüblər və s. Mən ailəmə görə o videonu çəkmişəm. Hər birinizin ailəsində ağbirçək, ananınız, bacınız, qeyrətiniz var. Mən buna görə üzr istədim. Siz niyə videoların altından söyüş söyürsünüz, ağzınıza gələni yazırsınız? Söhbətə niyə ailəni qatırsınız? Kişi nəsə edəndə özü edir də, ailəsi etmir ki? Mənim bir canım var, onu da geci-tezi Allaha verəcəm.

Eldar Mahmudovun qızının məhkəməyə verilməsinin pərdəarxası

28 Mart 2018 14:18

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı Nərgiz Mahmudova və digər 2 nəfər məhkəməyə verilib. Eks nazirin qızını məhkəməyə çəkənsə “Eyfel” MMC tikinti şirkətidir. İddiaçı qismində tanınan tikinti şirkəti tələb edir ki, MMC ilə Nərgiz Eldar qızı Mahmudova, Q.Şahqasımov və T.Əzimova arasında bağlanmış müqavilələr etibarsız hesab edilsin.

“Azərbaycan xalqı müdrik xalqdır və inanıram ki, onlar öz seçimlərini daha düzgün, ədalətli edəcəklər”

28 Mart 2018 14:13

Artıq prezident seçkilərinə iki həftədən də az bir müddət qalıb. Seçki hazırlıqlarının böyük bir mərhələsi yekunlaşıb və hazırda namizədlər seçkiqabağı təbliğat-təşviqat prosesini həyata keçirirlər.

Mənzildən qadın meyiti tapıldı

28 Mart 2018 14:11

Bakının Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-dən verilən məlumata görə, nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1961-ci il təvəllüdlü Batıyeva Aidə Aydın qızının meyitini aşkarlayıblar. Meyit aidiyyəti üzrə təhvil verilib.

Ermənistanın və ona dəstək verən güclərin Qarabağı erməniləşdirmək cəhdləri

28 Mart 2018 14:09

Azərbaycanın ərazilərini işğala məruz qoymuş Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq, tarixi Azərbaycan torpaqlarının erməniləşdirmək üçün beynəlxalq aləm dəridən-qabıqdan çıxır. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin müntəzəm olaraq gündəmə gətirdikləri həll variantları da bir qayda olaraq Azərbaycanın maraqlarına zidd olur.

Təyyarələr toqquşdu

28 Mart 2018 14:09

İsrailin paytaxtı Təl Əvivdə təyyarələr toqquşub. Olaylar.az bildirir ki, hadisə Ben Gurion hava limanında baş verib. Alman Hava Yollarına məxsus Germanwings şirkətinin təyyarəsi İsrail Hava Yollarına məxsus təyyarə ilə toqquşub.

Azərbaycanlılara qarşı kütləvi soyqırım faktları

28 Mart 2018 14:01

Azərbaycanlıların erməni şovinistləri tərəfindən kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində "Böyük Ermənistan" xülyasına çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür.

“Oturan kimi qabağımıza külqabı qoyurlar” – Qadağaya əməl olunurmu?

28 Mart 2018 13:58

Ölkə ərazisində qapalı məkanlarda tütün məmulatları ilə bağlı qadağa qüvvəyə minsə də, ancaq bəzi obyektlər buna məhəl qoymur.