Gündəm

Ukrayna da onlara qoşuldu - 13 rusiyalı diplomat ölkəni tərk edir

28 Mart 2018 13:57

Ukraynada persona non-qrata elan edilmiş 13 rusiyalı diplomat bu gün ölkəni tərk edəcək. Məlumata görə, Ukrayna hökumətinin diplomatlar qarşısında qoyduğu 48 saat müddəti başa çatır.

Qayınananın kürəkənlə intim münasibəti faciə ilə nəticələndi

28 Mart 2018 13:53

Türkiyədə insest münasibət (yaxın qohumlar arasında cinsi əlaqə) ölümlə nəticələnib. Əri ölən qayınanası ilə intim münasibətdə olan kürəkən əlaqələri üzə çıxdıqdan sonra üstünə gələn arvadının dayısını öldürüb.

Sevil-Sevinc bacıları Rusiyaya toya neçəyə gedir? - Qiymət

28 Mart 2018 13:49

Şou-biznes nümayəndələri tez-tez Rusiyada baş tutan toy məclislərinə dəvət alırlar. Məlumata görə, onların həmin dəvətlərdən nə qədər qonorar alması hər kəsə maraqlıdır. Müğənnilər Sevil və Sevinc Səfərovalar “O başdannan” verilişində sənətçilərin sirrini açıb.

Səfirliklərdə kəşfiyyatçılarımız var – Narışkin etiraf etdi

28 Mart 2018 13:47

Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşları arasında Xarici Kəşfiyyat Xidmətinin zabitləri var. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

"Beşiktaş" "Bavariya"nın ulduzunu alır

28 Mart 2018 13:45

“Beşiktaş” mövsüm sonunda müqavilə müddəti bitən “Bavariya”nın ulduzu Aryen Robbeni transfer etmək niyyətindədir. Bu barədə “Beşiktaş”ın sabiq oyunçusu Baki Mərcimək məlumat yayıb. Futboldan uzaqlaşdıqdan sonra menecerliyə yönələn B.Mərcimək Robbenin “Beşiktaş”a gəlmə ehtimalınlın 50% olduğunu deyib. Menecer bildirib ki, hollandiyalı ulduz da Türkiyə çempionuna keçməyə müsbət baxır.

Rusiyada 22 mindən çox adam işıqsız qalıb - Qara görə

28 Mart 2018 13:43

Rusiyanın Amur vilayətində 22 mindən çox adam işıqsız qalıb. Məlumata görə, bu barədə Rusiya Energetika Nazirliyi bildirib. Qeyd olunur ki, vilayət sakinlərinin elektrik enerjisiz qalmasına səbəb güclü qar yağması olub. Daha öncə 19 rayonda 34 minə yaxın sakinin işıqsız qalması barədə xəbər verilmişdi. Lakin səhər saatlarından başlayaraq qəza xidmətləri qar səbəbindən yaranmış problemlərin aradan qaldırılması istiqamətində çalışır.

Cəlilabadda 6 otaqlı ev yanıb

28 Mart 2018 13:42

Cəlilabad rayonu, Astanlı kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 248 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m2 sahədə yanıb.

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub

28 Mart 2018 13:40

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə binanın pilləkən qəfəsində quraşdırılmış 10 ədəd sayğac və 2 p.m elektrik kabeli yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Güclü təsirli maddələrin ölkəyə keçirilməsinin qarşısı alınıb

28 Mart 2018 13:38

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Hədə-qorxu ilə 5 min manat tələb edən saxlanıldı

28 Mart 2018 13:36

Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Cabbarlı (kişi) naməlum şəxsin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 500 manat pul tələb etdiyini bildirib.

İsmayıllıda yeniyetmə itkin düşüb

28 Mart 2018 13:35

İsmayıllıda 18 yaşlı yeniyetmə itkin düşüb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə 2000-ci il təvəllüdlü Bilal Nağıyev martın 27-i səhər saatlarında rayonun İsmayıllı kəndində yaşadıqları evdən məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Azərbaycanda seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb

28 Mart 2018 13:32

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub. Məlumata görə, tədbirdə MSK sədri Məzahir Pənahov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər. M.Pənahov bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb.

Hande Yener silahlı hücuma məruz qaldı - SƏHNƏDƏ

28 Mart 2018 13:32

Məşhur türkiyəli Hande Yener oğlu ilə birgə çıxdığı səhnədə silahlı qarşıdurma ilə üzləşib. Ortaköydə yerləşən Ricco Clubda oğlu Çağın Kulaçoğlu ilə birgə səhnəyə çıxan müğənninin proqramı səhərəyaxın bitib. Məkanın təhlükəsizlik qüvvələrinin etirazına baxmayaraq, məkana zorla daxil olan şəxs ətrafa atəş açıb.

Qaqarinin ölümünün ƏSL SƏBƏBİ - Təfərrüatlar məlum olub

28 Mart 2018 13:30

Sovet kosmonavtı Yuri Qaqarinin ölümünün təfərrüatları məlum olub. Məlumata görə, Y.Qaqarinin həlak olduğu qəzanı araşdıran komissiyanın rəyinə görə, qəzaya dispetçerin səhvi səbəb olub.

“Siqnalizasiya söndürülüb, qapılar bağlanıb” - Dəhşətli yanğınla bağlı ŞOK AÇIQLAMA

28 Mart 2018 13:23

Rusiyanın Kemerevo şəhərindəki "Qış albalısı" ticarət mərkəzində baş verən dəhşətli yanğınla bağlı saxlanılanlardan biri ilkin dindirmədə şok açıqlama verib.