Ukrayna da onlara qoşuldu - 13 rusiyalı diplomat ölkəni tərk edir
Ukraynada persona non-qrata elan edilmiş 13 rusiyalı diplomat bu gün ölkəni tərk edəcək. Məlumata görə, Ukrayna hökumətinin diplomatlar qarşısında qoyduğu 48 saat müddəti başa çatır.
28 Mart 2018 13:57 DünyaUkraynada persona non-qrata elan edilmiş 13 rusiyalı diplomat bu gün ölkəni tərk edəcək. Məlumata görə, Ukrayna hökumətinin diplomatlar qarşısında qoyduğu 48 saat müddəti başa çatır.
Rusiyanın Ukraynadakı səfirliyi bəyan edib ki, diplomatlar Ukraynadan həm təyyarə ilə, həm də qatarla çıxarılacaq.
Qeyd edək ki, martın əvvəllərində Böyük Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 23 ölkə Rusiyanın 137 diplomatını ölkədən çıxarıb. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31