Hədə-qorxu ilə 5 min manat tələb edən saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Cabbarlı (kişi) naməlum şəxsin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 500 manat pul tələb etdiyini bildirib.

Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini E.Cabbarlı (kişi) naməlum şəxsin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 500 manat pul tələb etdiyini bildirib. DİN-dən "Olaylar"a verilən məlumata görə, faktla bağlı Şəmkir RPŞ-də cinayət işi başlanılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən rayon sakini Anar Cabbarlı saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31