Azərbaycanda seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub. Məlumata görə, tədbirdə MSK sədri Məzahir Pənahov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər. M.Pənahov bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb.
28 Mart 2018 13:32 SiyasətBu gün Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub. Məlumata görə, tədbirdə MSK sədri Məzahir Pənahov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər. M.Pənahov bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb. Onun sözlərinə görə, məqsəd seçki prosesində şəffaflığın təmin edilməsidir: "Prezident seçkiləri ilə bağlı ölkə ərazisindəki seçki məntəqələrinin artıq 20 faizində - 1000 seçki məntəqəsində kamera quraşdırılıb. 1000 kameranın quraşdırıldığı məntəqələr ölkənin bütün bölgələrini əhatə edir. Seçki günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər". Trend.az