Ermənistanın və ona dəstək verən güclərin Qarabağı erməniləşdirmək cəhdləri

Azərbaycanın ərazilərini işğala məruz qoymuş Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq, tarixi Azərbaycan torpaqlarının erməniləşdirmək üçün beynəlxalq aləm dəridən-qabıqdan çıxır. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin müntəzəm olaraq gündəmə gətirdikləri həll variantları da bir qayda olaraq Azərbaycanın maraqlarına zidd olur.

Azərbaycanın ərazilərini işğala məruz qoymuş Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq, tarixi Azərbaycan torpaqlarının erməniləşdirmək üçün beynəlxalq aləm dəridən-qabıqdan çıxır. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin müntəzəm olaraq gündəmə gətirdikləri həll variantları da bir qayda olaraq Azərbaycanın maraqlarına zidd olur. Buna rəğmən bəzi beynəlxalq təşkilatlar, həmsədr ölkələr rəsmi Bakını məğlubiyyətə bərabər sülhə sövq etmək istəyirlər. Müstəqil ekspert Rövşən Məmmədli də hesab edir ki, Qarabağı Ermənistana peşkeş etmək üçün "hüquqi əsas" kimi hazırlanan Madird prinsipləri də bunlardan biridir. Onun sözlərinə görə, sözügedən prinsiplər 180 dərəcədə Azərbaycan Konsitutisiyasına və beynəlxalq hüquqa ziddir: "Dağlıq Qarabağa biz nə üçün aralıq statusu verməliyik, yaxud Laçın dəhlizi niyə olmalıdır?. Nəzərdə tutulan referendium isə biabırçılıqdır?. Biz Dağlıq Qarabağda yaşayan ermənilərə nə pislik etmişik. Nə ediblərsə onlar ediblər. Etdiklərindən bu an geri çəkilsələr, elə anındaca orada əmin amanlıq yaranacaq, qurd quzu ilə otlayacaq. Belə olan halda aralıq statusuna nə ehtiyac.Yaxud gerçək barışıq olacaqsa "Laçın dəhlizinə" nə ehtiyac, kim ermənilərin qaydalar daxilində gediş-gəlişinə mane olacaq ,təbii ki,heç kim. Sovetlər dövründə yaranmış bütün dəyərləri pozan ermənilər etnik və millətçi separat hərəkətləri ilə regionda sabitliyi pozdular. Bu etnik və millətçi separatizmin təməlində Ermənistanın Azəraycana ərazi iddiası dayandığından iki millət arasında böyük münaqişəyə gətirib çıxardı. Bu münqaşənin kökündə Qarabağda yaşayan ermənilərin milli vətəndaşlıq haqlarının pozulması yox, məhz Ermənistanın Rus imperializminin dəstəyi ilə Azərbaycana təcavüzkar müdaxiləsi və ərazi iddiası dayanırdı. Etnik separatizm, azərbaycanlıların deportasiyası faktdır və müharibənin alovlanmasına birbaşa səbəbdir. Ermənistanın Nijdeh təfəkkürlü, Türklərə, müsəlmanlara qarşı Dro nifrəti, torpaq əldə etmək üçün mərhəmətsiz olmaq kimi faşist düşüncəsi ilə beyinləri zəhərlənmiş rəhbərləri heç zaman sülh yolu ilə işğal etdikləri ərazidən çıxmayacaqlarını nümayiş etdirirkən, bizim təhlilçilərin sülh bataqlığında vurnuxmaları əbəsdir. Ərazi iddiasından qaynaqlanan münaqişələr tarix boyu sülh yolu ilə həllini tapmayıb. Düşmənlə atəşkəs etməklə 25 il nəfəs vermək isə, birmənalı oaraq Ermənistanın xeyrinə işləyib. Bununla birincisi Azərbaycan özünü gücsüz kimi göstərib, 25 il bu işğala, işğal altındakı ərazilərə qarşı barbarlığa, vandalizmə, ermənilərin bu ərazilərdə məskunlaşma siyasətinə, o əraziləri talan etmələrinə, bizim orada formalaşmış tarixi mədəniyyətimizin kökündən məhv etmələrinə dözməklə özünü ərazilərin itirilməsinə barışmış kimi göstərib, ikincisi isə dünya bu hala öyrəşib, ermənilərdə isə bu torpaqları əbədi əldə edəcəklərinə inamı gücləndirib, ən əsası isə Azərbaycan xalqı arasında o torpaqlara dönəcəklərinə inamı sarsıdılıb". Ekspert deyir ki, müharibə meydanında ağlamaq, sızlamaq yalnız düşmənə xeyir verir: "O ki.qala daşnak erməni xislətli düşmən ola. Müharibə meydanında ulularımız. elə başqaları da həmişə cəngə, ruhlandırıcı amillərə əl atıblar.

Rövşən Məmmədli onu da deyib ki, yüz illər boyu formalaşmış siyasi nəzəriyyələrdən xəbərsiz olan, yalnız formal sözləri əzbər bilib, yerli yersiz onlara söykənən çoxsaylı təhlilçilərimiz öz siyasi təhlilyazılarında bu gün ki, həyatımızın nəbzini tuta bilmirlər: "Odur ki, onların təhlilləri nə ölkənin daxilidurumuna, nə də xarici siyasətinə uyğun gəlmir. Bir çox təhlilçilər cəmiyyəti qabağa aparmaq, inkişaf yollarını göstərmək, problemlərin həlli yolunu işıqlandırmaq üçün hansı rolu oynadıqlarını unudurlar. İnternet meydanında bu hallar kifayət qədər ortaya gətirlir. Odur ki, Azərbaycanın daxili siyasi həyatında ürəkbulandıran bir mənzərə mövcuddur. Əslində Azərbaycanın mövcud ağır durumundan çıxmaq üçün hamının şüurlarına təsir edə biləcək ideyalar irəli sürülməli və bunlar mövcud duruma uyğun hərtərəfli əsaslandırmalıdır. Mövcud problemlərin həlli yolunun hansı üsulla, hansı əməlləri həyata keçiməklə həll edilməsini asan dildə cəmiyyətə təbliğ etmək gərəkdir. Problemlərə yaranma səbəblərinə və kəsb edəcəyi hədəfinə uyğun yanaşmaq, həlli yolunu gerçəkliklərə əsaslandırmaqla ortaya qoymaq gərəkdir. Misal üçün bizim təhlilçilər Qarabağ probleminin həllini yalnız xarici güclərdə, onların davranışında və maraqlarında axtarır, dünyada baş verən hadisələri, mübahisələri tənzimləyən beynəlxalq qanun, qaydalar və ölkəmizin ictimaiyyətinin bu problemə gerçək yanaşmasını unudurlar. Uzun müddət "Madrid prinsipləri" müzakirə olunub, tərəflərin vasitəçilərlə görüşü, mülahizə və mücərrəd rəylərlə nəzərdən keçirilib, ancaq heç zaman bu "prinsiplərin" beynəlxalq hüquqa daban-dabana zidd olduğu cəsarətlə ortaya qoyulmayıb".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31