184 milyard dollarınız olsa nə edərdiniz?
Əgər Tesla satış üçün bazar dəyərinə çıxarsa İlon Mask tarixin ən böyük satış məbləğini əldə edəcək. Bəs İlon Mask bu məbləğlə nələr etmək istəyir? Yaxtalar almaq? Bir futbol komandasının sahibi olmaq? Lüks tətillərə çıxmaq? Xeyr, bunların heç biri İlon Maskın istəkləri deyil və bu cür lüks onu özünə cəlb etmir. Onun tək istəyi ulduzlara, planetlərə çatmaqdır.
28 Mart 2018 14:56 DünyaTesla şirkətinin sahibi İlon Maskın 184 milyarda edə biləcəkləri
Əgər Tesla satış üçün bazar dəyərinə çıxarsa İlon Mask tarixin ən böyük satış məbləğini əldə edəcək. Bəs İlon Mask bu məbləğlə nələr etmək istəyir? Yaxtalar almaq? Bir futbol komandasının sahibi olmaq? Lüks tətillərə çıxmaq? Xeyr, bunların heç biri İlon Maskın istəkləri deyil və bu cür lüks onu özünə cəlb etmir. Onun tək istəyi ulduzlara, planetlərə çatmaqdır.
İlon Mask kosmosa doğru uzanan bir körpü inşa etməyi özünə hədəf tutan bir dahidir. O bunu bəşəriyyətdəki insanlıq adına etmək istəyir.
Lakin İlon Maskın Tesladan imtina etməsi hal hazırki vəziyyətdə real görünmür, çünki şirkət üçün ayırdığı 50 milyard dollar üçün hələ 10 il də işləməli olduğu aydın görünür. İlon Mask bu həqiqəti də yaxşı bilir ki, hissələrdən sahib olduğu 70 milyard dollar tez bir zamanda dəyər qazanaraq 184 milyard dollara qədər yüksələ bilər. Buradakı rəqəmlər 184 milyardı göstərdiyi zaman NASA - nın büdcəsinə nəzər yetirsək sadəcə 19 milyard dolların olduğunu görə bilərik.
Düşünə bilərsiniz ki, "insanlıq üçün kosmosa doğru uzanan körpü inşa etmək istəyirəm" deyən İlon Mosk nə üçün bunun əvəzinə insanların məruz qaldığı aclıq, susuzluq kimi problemlərə həll yolu axtarmır? Buna cavab olaraq İlon Mask bildirir ki, planetlərdə həyat insanların gələcək həyatı üçün daha əhəmiyyətli rol oynaya bilər.