Türkiyə-ABŞ danışıqlarının vaxtı açıqlandı

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olan Menbiç əyaləti ilə bağlı məsələni müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək.

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olan Menbiç əyaləti ilə bağlı məsələni müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək. O, ABŞ dövlət katibinin müavini ilə görüşəcək.

Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a səfəri nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi bu səfərin təxirə salınmasına səbəb olmuşdu.

Xatırladaq ki, Menbiçə hazırda ABŞ hərbçiləri və terrorçu PKK/YPG-PYD nəzarət edir. Rəsmi Ankara isə həmin əraziyə girəcəyini bildirir və Vaşinqtondan terrorçuların Menbiçdən çıxarılmasını tələb edir. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31