Məşhur “H&M” müflis olmağın astanasında
İsveçin məşhur “H&M” mağazalar şəbəkəsi 2018-ci ilin birinci rübündə gəlirlərinin 44 faiz azaldığını bildirib. Məlumata görə, bu göstərici şirkətin son 20 il ərzində ən aşağı göstəricisi olub. Ötən ilin sonunda şirkətin anbarlarında 4 milyard dollardan çox məbləğdə satılmayan mal qalıb.
28 Mart 2018 16:25 Dünyaİsveçin məşhur "H&M" mağazalar şəbəkəsi 2018-ci ilin birinci rübündə gəlirlərinin 44 faiz azaldığını bildirib. Məlumata görə, bu göstərici şirkətin son 20 il ərzində ən aşağı göstəricisi olub. Ötən ilin sonunda şirkətin anbarlarında 4 milyard dollardan çox məbləğdə satılmayan mal qalıb.
"H&M"in rəhbərliyi bu kəskin enişin səbəbini şirkətin satılan malların çeşidini azaltması ilə izah edib. 43 yaşlı milyarder Karl-Yohan Presson satışların 2018-ci ilin ikinci yarısında artacağına ümid etdiyini bildirib. Trend.az