Gündəm

Aygün Kazımova dünyanı gəzəndə hələ Röya yox idi" – Flora Kərimovadan sərt Reaksiya- VİDEO

11 Aprel 2018 13:36

Əməkdar artist Röya Ayxan Xəzər televiziyasında “Xəzər maqazin”-ə verdiyi müsahibədə bir neçə dəfə xalq artisti Aygün Kazımovaya sataşıb.

Beynəlxalq müşahidəçi: “Prezident seçkiləri çox yüksək səviyyədə keçirilir”

11 Aprel 2018 13:30

Azərbaycanda keçirilən Prezident seçkilərini müşahidə edən irlandiyalı politoloq Cerard Oliver səsvermə ilə bağlı fikirlərini bildirib. Beynəlxalq müşahidəçi seçkilərin şəffaf və demokratik keçirildiyini vurğulayıb: “Səhər saatlarından müxtəlif məntəqələrdə səsverməni izləyirəm.

Arye Qut: "İnanıram ki, seçilən namizəd Azərbaycanın gələcəyi üçün böyük işlər görəcək"

11 Aprel 2018 13:29

Səhərdən etibarən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsindəyik.

Azərbaycanın Ər-Riyaddakı səfirliyində səsvermə davam edir

11 Aprel 2018 13:26

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində yaradılmış məntəqədə səsvermə davam edir.

Gədəbəydəki seçki prosesini ATƏT və MDB-dən olan müşahidəçilər də izləyir

11 Aprel 2018 13:24

Gədəbəydə prezident seçkilərində səsvermə prosesini yerli müşahidəçilərlə yanaşı, ATƏT və MDB-dən olan müşahidəçilər də izləyir.

Azərbaycanın Londondakı səfirliyində səsvermə başlayıb

11 Aprel 2018 13:23

‪Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb. Sechki-2018.az saytının xəbərinə görə,  səsvermə prosesinə yerli vaxtla saat 08:00-da start verilib. ‪

MDB müşahidə missiyasının üzvü: “Seçkilər yüksək səviyyədə təşkil olunub”

11 Aprel 2018 13:22

MDB-dən olan müşahidəçilər 81 saylı Beyləqan Seçki Dairəsinin tərkibində olan məntəqələrdə müşahidə aparır. Müşahidəçi Marina Jenistova bildirib ki, seçkilər yüksək səviyyədə təşkil olunub: “Seçkilər çox yaxşı, sakit şəkildə keçirilir. İnsanlar seçkilərdə iştirakdan məmnundurlar”.

Türkiyədə gənç musiqiçi öldürüldü

11 Aprel 2018 13:19

Türkiyənin Qaziantep şəhərində Konservatoriyada təhsil alan, həm də təhsil xərclərini ödəyə bilmək üçün gecə klubunda işləyən İsmayıl Dəyirmançı 3 ofisant tərəfindən döyülərək öldürülüb.

Bakıda baş həkim vəfat etdi

11 Aprel 2018 13:18

Bakıda poliklinikalardan birinin baş həkimi vəfat edib.  6 saylı şəhər poliklinikasının baş həkimi Bəxtiyar Həsənov 73 yaşında dünyasını dəyişib.

Alina Russu: "Seçki prosesi mükəmməl təşkil edilib"

11 Aprel 2018 13:17

Aprelin 11-də Moldovanın Mərkəzi Seçki Komissiyasının sədri Alina Russunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Mərkəzi Seçki Komissiyasında (MSK) olub.

İƏT-dən olan müşahidəçi: "Azərbaycanda prezident seçkiləri dünya standartlarına uyğun və şəffaf keçirilir"

11 Aprel 2018 13:15

Azərbaycanda prezident seçkiləri dünya standartlarına uyğun və şəffaf keçirilir. Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç bildirib. O qeyd edib: "Hazırda dünyada bəlli bir seçki sistemi var ki, Azərbaycanda da bu sistem tətbiq olunur". M.E.Kılıç deyib ki, iştirak etdikləri bütün məntəqələrdə seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsinin şahidi olublar: "Seçkilərin Azərbaycan xalqına sevinc və ümid gətirəcəyinə inanırıq. Heç şübhəsiz ki, Azərbaycan xalqı ən doğru və ən düzgün seçimi edəcək".

Özbəkistanda yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak edir

11 Aprel 2018 13:13

Aprelin 11-də Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibindəki 44 saylı seçki məntəqəsində səsvermə başlayıb.

Şahmar Mövsümov: Seçkilər həmişə olduğu kimi yüksək səviyyədə təşkil olunub

11 Aprel 2018 13:11

Azərbaycanda seçkilər həmişə olduğu kimi yüksək səviyyədə təşkil olunub. Bunu 29 saylı Səbail Secki Dairəsinin 5 saylı seçki məntəqəsində səs verən Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib. Ş.Mövsümov prezident seçkilərində seçicilərin fəal iştirakını qeyd edib: "Hazırda hər kəs seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə səs verə bilir".