Gündəm

Avstraliyalı parlamentari: "Seçki prosesi çox yüksək səviyyədə təşkil olunub"

11 Aprel 2018 14:07

Seçki prosesi çox yüksək səviyyədə təşkil olunub. Sechki-2018.az saytının xəbərinə görə, bu fikri Azərbaycanda keçirilən Prezident seçkilərini müşahidə edən avstraliyalı parlamentari Robert Keriq Kelly deyib.

Prezident seçkilərində ən aktiv və passiv seçki dairələri

11 Aprel 2018 14:06

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə (səsvermə başlayan andan-saat 08:00-dan saat 12:00-dək) ən aktiv və passiv seçki dairələri açıqlanıb. Sechki-2018.az saytının xəbərinə görə,  Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, seçicilərin aktiv olduğu seçki dairəsi 51 saylı Qusar seçki dairəsidir. 

Səsvermə prosesi seçici fəallığı ilə müşahidə olunur

11 Aprel 2018 14:05

Aprelin 11-nə təyin edilmiş prezident seçkilərində saat 8.00-dan səsvermə prosesinə start verildi. Məlumat üçün qeyd edək ki, səsvermə prosesi125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib. Bu məntəqələrdən 5426-sı daimi fəaliyyət göstərir, 215-i Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılmış məntəqələrdir. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 5 milyon 314 min 365 nəfərdir.

DTX-nin hərbi qulluqçuları seçkilərdə fəal iştirak edirlər

11 Aprel 2018 14:00

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi, əməkdaşları və onların ailə üzvləri, həmçinin Heydər Əliyev adına Akademiyasının zabit və kursantları, hərbi hissəsinin zabit və əsgərləri də Azərbaycan Respublikasının prezidenti seçkilərində yüksək fəallıq nümayiş etdirirlər.

Saat 12:00-dək ən yüksək seçici fəallığı Qusar seçki dairəsində qeydə alınıb

11 Aprel 2018 13:59

Prezident seçkilərində saat 12:00-dək ən yüksək seçici fəallığı 51 saylı Qusar seçki dairəsində qeydə alınıb. Seçkilərin ilk dörd saatı ərzində dairədə qeydə alınmış seçicilərin 44,58 faizi səsvermədə iştirak edib. Sechki-2018.az saytının xəbərinə görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin saat 12:00-a olan məlumatına görə, dairə üzrə səsvermə hüququ olan 46 min 600 seçicidən 20 min 775-i səs verib.

Mirzə-Uluqbek Abdusalamov: "Seçicilərə sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb"

11 Aprel 2018 13:57

Aprelin 11-də Azərbaycanın Mərkəzi Seçki Komissiyasında (MSK) Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov ilə görüş keçirilib. Sechki-2018.az saytı xəbər verir ki, Özbəkistan MSK-nın sədri Azərbaycanda prezident seçkilərini müşahidə etdiklərini, səsvermənin şəffaf keçdiyinin şahidi olduqlarını söyləyib. O, seçicilərə sərbəst şəkildə səs vermələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

İndiyədək MSK-nın "Qaynar xətt"inə 11 müraciət daxil olub

11 Aprel 2018 13:52

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə Mərkəzi Seçki Komissiyasının 115 saylı “Qaynar xətti”nə daxil olan müraciətlərin sayı məlum olub. Saat 08:00-dan saat 12:00-dək “Qaynar xətt”ə 11 müraciət daxil olub.

"Qayınatamı otağımda çılpaq ..." - Ərini öldürən qadından TÜKÜRPƏDİCİ AÇIQLAMA - VİDEO

11 Aprel 2018 13:51

İstanbulun Esenyurt rayonunda 2 aylıq əri Sinan Aktaşı (26) mübahisə zamanı bıçaqlayaraq öldürdüyü deyilən İlknur Aktaşın (21) "Qəsdən adam öldürmə" cinayət əməlindən təqsirli bilindiyi qeyd edilir.

Bacı və qardaşın öldüyü hadisə barədə RƏSMİ MƏLUMAT

11 Aprel 2018 13:47

Daxili İşlər Nazirliyi Goranboyda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Aprelin 10-da saat 13 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakinləri Sahib Abdullayevin idarə etdiyi "VAZ-2107" və Elmar Tağızadənin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Rusiyada təyyarə qəzasında həlak olan azərbaycanlının meyiti tapıldı

11 Aprel 2018 13:46

Mütəxəssislər Rusiyada "An-148" təyyarəsinin qəzaya uğraması zamanı həlak olan Azərbaycan vətəndaşının meyitini müəyyən edib. Meyit yaxınlarına təhvil verilib və dəfn olunmaq üçün təyyarə ilə yola salınıb.

Zamiq toyundan danışdı: “Çəkiliş olmayacaq” - VİDEO

11 Aprel 2018 13:44

"ARB Ulduz" un "Virtual Həyat" verlişinin növbəti qonağı müğənni Zamiq Hüseynov olub. Müğənni ilk olaraq artıq subaylığın daşını atacacağından danışıb: "Mən həmişə demişəm ki, olsa da gizlətməyəcəm. Planlaşdırmışıq, inşallah, gələn ay toyumuzdur. Allah deyən olsun. Ailə həyatı elə bir şeydir ki, qardaşdır, bacıdır, atadır, anadır, uşaqlıqdan onlarla birlikdə yaşayırsan. Ancaq evlənəndə yeni bir insanla yeni bir həyata daxil olursan".

Əməkdar artistin qızı onları polisə verdi

11 Aprel 2018 13:42

Bu ay iki sosial mediya istifadəçisini polisə vermişəm. Ünvanıma etdiyi təhqir və böhtana görə... Çox şükür ki, tək özü yox, bütün ailə üzvlərinə kimi tapılıb. Mən və ailəm həmişə suyu belə üfürə-üfürə içmişik.

Məntəqə sədri: "Səsvermə prosesi şəffaf şəkildə davam edir"

11 Aprel 2018 13:39

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 20 saylı seçki məntəqəsində səsvermə prosesi şəffaf şəkildə davam edir.

Aprelin 12-də hava necə olacaq?

11 Aprel 2018 13:38

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.