Bacı və qardaşın öldüyü hadisə barədə RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Goranboyda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Aprelin 10-da saat 13 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakinləri Sahib Abdullayevin idarə etdiyi "VAZ-2107" və Elmar Tağızadənin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Nəticədə S.Abdullayev və sərnişinlərindən bacısı Cəmilə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31