Məntəqə sədri: "Səsvermə prosesi şəffaf şəkildə davam edir"
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 20 saylı seçki məntəqəsində səsvermə prosesi şəffaf şəkildə davam edir.
11 Aprel 2018 13:39 Siyasət23 saylı Nəsimi-Səbail seçki dairəsinin 20 saylı seçki məntəqəsində səsvermə prosesi şəffaf şəkildə davam edir. Bu barədə Secki-2018.az saytına seçki məntəqəsinin sədri Faina Ələkbərova deyib. F.Ələkbərova qeyd edib ki, seçki məntəqəsi üzrə 1204 seçici qeydiyyatdadır.
O deyib: "12 seçici səsvermə hüququndan ilk dəfə istifadə edir. Seçicilərin aktivliyi yüksəkdir".
Seçici Siyavuş Məmmədov səsvermə hüququndan sərbəst şəkildə istifadə etdiyini bildirib: "Dəstəklədiyim namizədə səs verdim. Heç bir müdaxilə ilə üzləşmədim. Hər şey yüksək səviyyəddədir".
Seçki məntəqəsində səsvermə prosesini müşahidə edən yerli müşahidəçi İsrafil Əliyev heç bir qanun pozuntusu qeydə alınmadığını, seçki prosesinə hər-hansı müdaxilə halının baş vermədiyini qeyd edib.