Mirzə-Uluqbek Abdusalamov: "Seçicilərə sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb"

Aprelin 11-də Azərbaycanın Mərkəzi Seçki Komissiyasında (MSK) Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov ilə görüş keçirilib. Sechki-2018.az saytı xəbər verir ki, Özbəkistan MSK-nın sədri Azərbaycanda prezident seçkilərini müşahidə etdiklərini, səsvermənin şəffaf keçdiyinin şahidi olduqlarını söyləyib. O, seçicilərə sərbəst şəkildə səs vermələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

Mirzə-Uluqbek Abdusalamov səhər saatlarından apardıqları müşahidələr zamanı məntəqələrdə seçicilərin növbəsinin şahidi olduqlarını, bunun vətəndaşların öz seçki hüquqlarına ciddi yanaşmasından xəbər verdiyini bildirib.

MSK sədri Məzahir Pənahov qonaqlara prezident seçkilərinin təşkili ilə əlaqədar görülən işlər barədə məlumat verib. O, prezident seçkilərində Özbəkistan nümayəndələrinin müşahidəçi kimi iştirakından məmnunluğunu bildirib.

Ölkəmizin seçki təcrübəsi barədə danışan Məzahir Pənahov bu təcrübənin prosesi izləyən beynəlxalq müşahidəçilər tərəfindən də qeyd edildiyini söyləyib.

MSK sədri seçkilərin yüksək səviyyədə təşkili istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, qonaqların suallarını cavablandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31