“Mediasiya: Barışıq sazişi – uğurlu nəticə (hüquqi, fəlsəfi və sosial yanaşma)” kitabı nəşr olunub- ÖZƏL

Ölkəmizdə məhkəmə-hüquq islahatlarının dərinləşməsi və alternativ mübahisə həlli institutlarının inkişafı fonunda mediasiya sahəsində nəzəri və təcrübi bilikləri özündə cəmləşdirən yeni mühüm elmi-praktik vəsait nəşr olunub. Mediasiya Şüasından Olaylar-a bildirilib ki, 
Bakı 3 saylı mediasiya təşkilatının direktoru Paşa Səfərovun müəllifi olduğu "Mediasiya: Barışıq sazişi - uğurlu nəticə (hüquqi, fəlsəfi və sosial yanaşma)" adlı mediatorun və mediasiya tərəfinin Mediasiya Şurası İdarə Heyətinin 20 avqust 2026-cı il tarixli qərarı ilə çapa tövsiyə edilib.

Kitabın elmi redaktoru hüquq üzrə fəlsəfə doktoru, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, elmi rəyçisi isə hüquq elmləri doktoru, AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının "Vəkillərin və mediatorların tədrisi" fakültəsinin dekan müavini Fərdin Xəlilovdur. 

Təqdim olunan vəsait mediasiya prosesində bağlanan barışıq sazişini zərurilik, effektivlik və qanunilik baxımından kompleks şəkildə araşdıran sahəvi əsərdir. Müəllif mövzunun aktuallığını nəzərə alaraq məsələlərə yalnız hüquqi müstəvidə deyil, həm də fəlsəfi və sosial aspektlərdən nəzəri və təcrübi baxış açmışdır. 

Həmçinin, kitabda insanda olan barışıq hissinin müqəddəs və mənəvi köklərinə nəzər salınır, insan şüurunda razılaşma iradəsinin vacibliyi vurğulanır.

Qeyd edilməlidir ki, bu dəyərli nəşr mediasiya institutunun ölkəmizdə daha da möhkəmlənməsinə, cəmiyyətdə barışıq mədəniyyətinin təbliğinə və hüquqi maarifləndirməyə mühüm töhfə verəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31