Əməkdar artistin qızı onları polisə verdi
Bu ay iki sosial mediya istifadəçisini polisə vermişəm. Ünvanıma etdiyi təhqir və böhtana görə... Çox şükür ki, tək özü yox, bütün ailə üzvlərinə kimi tapılıb. Mən və ailəm həmişə suyu belə üfürə-üfürə içmişik.
11 Aprel 2018 13:42 MədəniyyətBu ay iki sosial mediya istifadəçisini polisə vermişəm. Ünvanıma etdiyi təhqir və böhtana görə... Çox şükür ki, tək özü yox, bütün ailə üzvlərinə kimi tapılıb. Mən və ailəm həmişə suyu belə üfürə-üfürə içmişik. Bu sözləri əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva sosial şəbəkədə yazıb. Aynişan onu təhqir edən istifadəçilərini polisə şikayət etdiyini bildirib: "Heç kimə ixtiyar vermirik bizim adımızı durduğu yerdə hallandırsın. Özündən şər, böhtanlar uydurub ünvanımıza səsləndirsin və ya təhqir etsin.
Orada-burada yazdıqlarınızı sağ olsun dostlar çəkib bizə göndərirlər. Şərh yazan insanın kimliyi bir neçə saat ərzində müəyyənləşir. Lazımi qurumlar bu məsələlərə həssaslığı göstərib, haqqımızın tapdalanmağına icazə vermirlər.
Sonradan üzr istəyib, əf diləməkdənsə, dilinizə sahib çıxın. Mənə və ailəmə reputasiyamız çox önəmlidir, ona kölgə gətirmək istəyən hər kəs cəzasını alıb və alacaq". Axşam.az