Saat 12:00-dək ən yüksək seçici fəallığı Qusar seçki dairəsində qeydə alınıb
Prezident seçkilərində saat 12:00-dək ən yüksək seçici fəallığı 51 saylı Qusar seçki dairəsində qeydə alınıb. Seçkilərin ilk dörd saatı ərzində dairədə qeydə alınmış seçicilərin 44,58 faizi səsvermədə iştirak edib. Sechki-2018.az saytının xəbərinə görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin saat 12:00-a olan məlumatına görə, dairə üzrə səsvermə hüququ olan 46 min 600 seçicidən 20 min 775-i səs verib.
11 Aprel 2018 13:59 SiyasətPrezident seçkilərində saat 12:00-dək ən yüksək seçici fəallığı 51 saylı Qusar seçki dairəsində qeydə alınıb. Seçkilərin ilk dörd saatı ərzində dairədə qeydə alınmış seçicilərin 44,58 faizi səsvermədə iştirak edib. Sechki-2018.az saytının xəbərinə görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin saat 12:00-a olan məlumatına görə, dairə üzrə səsvermə hüququ olan 46 min 600 seçicidən 20 min 775-i səs verib.
Şimal bölgəsinin digər dairələrində də seçici fəallığı yüksəkdir. Saat 12.00-dək 52 saylı Quba seçki dairəsində seçicilərin 43,87, 56 saylı Xaçmaz kənd seçki dairəsində isə 44,16 faizi səsvermədə iştirak edib.
Xatırladaq ki, saat 12.00-a olan məlumata əsasən, respublika üzrə seçicilərin 2 milyon 93 min 343 nəfəri səs verib. Bu da prezident seçkilərində qeydə alınmış seçicilərin 39,39 faizinə bərabərdir.