Gündəm
Deputatımız Monteneqroda keçiriləcək prezident seçkilərini izləyəcək
Milli Məclisin deputatı Fazil Mustafa Monteneqroda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün aprelin 11-dən 16-dək bu ölkənin baş şəhəri Podqoritsada səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, deputatımız AŞPA-nın müşahidə missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək.
Dövlət büdcəsinin icrasında profisit yaranıb
2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4562,9 mln. manat, xərcləri 4408,0 mln. manat olmaqla 154,9 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4428,5 mln. manat proqnoza qarşı 4562,9 mln. manat və yaxud 134,4 mln. manat (3,0 faiz) çox olub.
Yunan deputat: “Seçki məntəqələrində polis yox idi”
MSK sədri: "İndiyədək qanun pozuntusu ilə bağlı heç bir şikayət daxil olmayıb"
"Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb". Bunu MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, təşviqat lazımi səviyyədə aparıldığı üçün Azərbaycan seçiciləri bu gün fəallıq göstərir.
Eli Naxt: "Səsvermə prosesi qaydalar çərçivəsində gedirdi"
Gənclər Prezident seçkilərində fəal iştirak edirlər. Gənclərin bu fəallığı onların cəmiyyətdəki rolunun yaxşı göstəricisidir. Bu, onların ölkə həyatının demokratikləşməsi prosesinin bir hissəsi olduğunu göstərir. Sechki-2018.az saytının xəbərinə görə, bu sözləri İnsan Hüquqları üzrə Beynəlxalq Komitənin üzvü, vəkil Eli Naxt deyib.
Maksim Kuryaçi: "Seçkilərə hazırlıq yüksək səviyyədə həyata keçirilib"
Azərbaycanda mövcud seçki qanunvericiliyinə müvafiq olaraq, seçkilərin demokratik keçirilməsi üçün hər bir şərait yaradılıb. Biz Azərbaycan prezidenti seçkiləri prosesini diqqətlə izləyirik. Seçkilər ərəfəsində biz xeyli insanla görüşüb söhbət etmişik. Bu faktı təsdiq etmək xoşdur ki, qanunun tələblərinə riayət edilməsinin şahidi olduq.
Aparıcı Zaurdan 3 yaşlı uşağa qarşı BİABIRÇI HƏRƏKƏT - VİDEO
Aparıcı Zaur Kamal efirdə 3 yaşlı uşağı ağladıb. Aparıcının “5/5” verilişində Məhəmmədəli adlı uşağı danışdırmaq və güldürmək istəsə də, buna nail olmayıb.
Putin bu tarixdə AND İÇƏCƏK
Rusiyanın seçilmiş prezidenti Vladimir Putinin inaqurasiya mərasimi mayın 7-də keçiriləcək.
İosif Şaqal: "Seçki məntəqələrində heç bir pozuntuya rast gəlməmişik"
Seçkilərdən öncəki günü müşahidə etdim. Heç bir yerdə seçkiqabağı plakatlara rast gəlmədim. Seçkiöncəsi sükut günündə qaydalara tam əməl olundu. İndi səsvermə prosesi də normal qaydada keçir.
15 saylı Yasamal I seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində səsvermə mütəşəkkil qaydada keçirilir
Aprelin 11-də səhər saat 8:00-da Azərbaycanın hər yerində olduğu kimi, 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində də prezident seçkiləri mütəşəkkil qaydada keçirilir.
Azərbaycanın Təbrizdəki baş konsulluğunda seçicilərin 30 faizi səs verib
İranın Təbriz şəhərində fəaliyyət göstərən Azərbaycanın baş konsulluğunda yaradılmış seçki məntəqəsində səsvermə prosesi davam edir. Sechki-2018.az saytının xəbərinə görə, saat 12:00-dək seçicilərin 30 faizi səs veriblər.
Cəlilabadda ana doğuşdan sonra ölüb
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qadın doğuşdan sonra ölüb. Məlumata görə, rayonun Privolnoye kənd sakini, 1983-cü il təvəllüdlü Vəfa Ramazan qızı Yusubova qız övladını dünyaya gətirdikdən sonra vəfat edib.














