MSK sədri: "İndiyədək qanun pozuntusu ilə bağlı heç bir şikayət daxil olmayıb"
"Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb". Bunu MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, təşviqat lazımi səviyyədə aparıldığı üçün Azərbaycan seçiciləri bu gün fəallıq göstərir.
11 Aprel 2018 14:45 Siyasət"Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb". Bunu MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, təşviqat lazımi səviyyədə aparıldığı üçün Azərbaycan seçiciləri bu gün fəallıq göstərir. MSK sədrinin sözlərinə görə, seçki prosesi tam şəffaf aparılır: "Bunu həm də beynəlxalq müşahidəçilərin fikrinə əsasən demək olar. Onların hamısı səsvermə prosesinin Seçki Məcəlləsinə uyğun olduğunu bildiriblər". M. Pənahov qeyd edib ki, indiyədək MSK-ya hər hansı qanun pozuntusu ilə bağlı şikayət daxil olmayıb. Apa.az