Dövlət büdcəsinin icrasında profisit yaranıb

2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4562,9 mln. manat, xərcləri 4408,0 mln. manat olmaqla 154,9 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4428,5 mln. manat proqnoza qarşı 4562,9 mln. manat və yaxud 134,4 mln. manat (3,0 faiz) çox olub.

2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4562,9 mln. manat, xərcləri 4408,0 mln. manat olmaqla 154,9 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, 2018-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 4428,5 mln. manat proqnoza qarşı 4562,9 mln. manat və yaxud 134,4 mln. manat (3,0 faiz) çox olub. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1436,5 mln. manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. manat və ya 1,1 faiz çoxdur. Həmin vəsaitin 67,5 faizi və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. 2018-ci ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 726,9 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz və yaxud 155,8 mln. manat çoxdur. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 2299,0 mln. manat vəsait transfert edilib.
2018-ci ilin birnici rübündə dövlət büdcəsinin xərcləri isə proqnoza nisbətən 108,8 faiz və yaxud 4408,0 mln. manat icra olunub. İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 40,0 faizi və ya 1761,3 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz və ya 125,6 mln. manat çoxdur. 2018-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 2299,1 mln. manatı və ya 52,2 faizi cari xərclərə, 1627,2 mln. manatı və ya 36,9 faizi əsaslı xərclərə, 481,7 mln. manatı və ya 10,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31