Azərbaycanın Təbrizdəki baş konsulluğunda seçicilərin 30 faizi səs verib
İranın Təbriz şəhərində fəaliyyət göstərən Azərbaycanın baş konsulluğunda yaradılmış seçki məntəqəsində səsvermə prosesi davam edir. Sechki-2018.az saytının xəbərinə görə, saat 12:00-dək seçicilərin 30 faizi səs veriblər.
11 Aprel 2018 14:19 Siyasətİranın Təbriz şəhərində fəaliyyət göstərən Azərbaycanın baş konsulluğunda yaradılmış seçki məntəqəsində səsvermə prosesi davam edir. Sechki-2018.az saytının xəbərinə görə, saat 12:00-dək seçicilərin 30 faizi səs veriblər.
Qeyd edək ki, səsvermədə əsasən Azərbaycanın Təbriz şəhərindəki diplomatik nümayəndəliyinin əməkdaşları, onların ailə üzvləri, bu şəhərə ezamiyyətə və müalicə məqsədilə gələn Azərbaycan vətəndaşları iştirak edirlər.
Məlumatda bildirilib ki, seçki məntəqəsində səsvermə azad, ədalətli, demokratik və şəffaf təşkil olunub, Mərkəzi Seçki Komissiyasının bütün tələblərinə birmənalı qaydada əməl edilir.