Deputatımız Monteneqroda keçiriləcək prezident seçkilərini izləyəcək
Milli Məclisin deputatı Fazil Mustafa Monteneqroda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün aprelin 11-dən 16-dək bu ölkənin baş şəhəri Podqoritsada səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, deputatımız AŞPA-nın müşahidə missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək.
11 Aprel 2018 14:54 SiyasətMilli Məclisin deputatı Fazil Mustafa Monteneqroda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün aprelin 11-dən 16-dək bu ölkənin baş şəhəri Podqoritsada səfərdə olacaq. MM-dən "Olaylar"a verilən məlumata görə, deputatımız AŞPA-nın müşahidə missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək. AŞPA müşahidəçiləri öncə seçkiqabağı durumu dəyərləndirəcək, məntəqələrdə yaradılmış şəraitlə tanış olacaqlar. Seçki günü demokratiyanın tələblərinə riayət edilməsinə, seçicilərin hüquqlarının təmin olunmasına, şəffaflığa əməl edilməsinə nəzər yetirəcəklər.